Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

384 syf.
7/10 puan verdi
·
7 günde okudu
• Əsər özündə fərqli insan həyatlarını , onların başına gələn hadisələri əks etdirir .Lakin bu həyat hekayələri nə qədər bir - birindən fərqli olsa da onların əslində bir- birilə nə qədər bağlantılı olduğunu görəcəyik.. Stockholmda bir qadın öz həyat yoldaşı ilə birlikdə öldürülür.Digər yerdə Bangkokda gənc bir qadının biletləri bilinməyən səbəblərdən dolayı təxirə salınır , onun şəxsiyyət vəsiqəsi , pasportu dəyişdirilir.Onun kim olduğunu xatırlaması və içinə düşdüyü bu hadisədən necə bir yol tapıb evinə qayıtması sadəcə möcüzə olaraq görünür.. Polis təşkilatının detektivi olan Alex və komandası bu hadisəni çözmək istəyərkən 15 il öncə baş vermiş ,insanın qanını donduran böyük bir sirr ilə qarşılaşırlar.. Kitab detektiv janrda yazılmışdı.Detektiv janra marağım olduğu üçün sevərək oxudum.Sonluqda hadisələrin gedişatını açıqlayıcı gözləsəm də yazıçı onu bizim xəyal gücümüzə buraxır ..
Papatyalar Fısıldarken
Papatyalar FısıldarkenKristina Ohlsson · Pegasus Yayınları · 201770 okunma
·
228 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.