10/10
·352 syf.··
Beğendi
·
2021 56. kitabı
·
12 günde okudu
·
Okunma: 10 Haziran 2021 21:19
#mustreadbook • memuarın ümdə amalı biliyin, təhsilin gücü, meydana gətirəcəyi dəyişikliklər, əsasını qoyacağı gözəllikləri, əsas da qazandıracağı azadlığı vurğulamaqdır. Tara elə bir ailədə böyüyür ki, ailəsi dövlətə, təhsilə, hətta səhiyyəyə şeytanın işi kimi baxır və qətiyyətlə həyatlarından uzaq tuturlar. • təhsillə bağlı kiçik işartılar Taranın diqqətindən qaçmır və o təhsil qazanmaq ailəsini itirmək bahasına da olsa bu yolu seçir. Bütün reallıqları atasının gözündən görən Tara oxuduqca təhsilin, kitabların ona qazandırdığı baxış bucağına, dünya görüşünə və gücə vurulur. • hər dəfə döyüləndə yaxud cəza ilə qarşılaşanda özünü günahlandıran Tara, daha sonra dərs müddətində şizofreniya, bipolar pozğunluq barədə öyrənəndən sonra ailəsində bu psixoloji xəstəlikdən əziyyət çəkənlərin fərqinə varır. • təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ailəsi sevgisini heç vaxt əsirgəməsə də (təbii ki nümayiş müxtəlif ola bilər) psixoloji problemlərlə üzləşən ailə üzvləri sağlam Taranın isə depresiya yaşamasına, daim özünü günahlandırmasına, hətta öz yaddaşına, ağlına şübhə etməsinə gətirib çıxarır. • Tara maarifləndikcə özgüvən, özünə dəyəri, özünü qiymətləndirməyi öyrənir. Yeni dostlar, əhatə və sağlam mühit qazanır, və anlayır ki, artıq yalnız ailəsindən asılı deyil. • yaralar isə həm psixoloji həm də mental xarakter daşıyır. Atası ilə çalışarkən Tara, digər ailə üzvləri kimi dəfələrlə yaralanır, xəstəxanaya getmədən anasının məlhəmləri ilə sağalır, lakin qardaşı, atası tərəfindən məruz qaldığı psixoloji təzyiqlər onu uzun müddət tək buraxmır. • mənim ən yadımda qalan isə, Taranın ilk ağrıkəsici dərmanı qəbul etdiyi an idi. Təhsilə başlamaqla inkişaf etmiş o addım ilk dərmanın qəbulu ilə formalaşır və Tara azadlığına doğru, ailəsindən isə uzağa olan bu addımı məhz o anda atır. “You can love someone and still choose to say goodbye to them,” she says now. “You can miss a person every day, and still be glad that they are no longer in your life.” “My life was narrated for me by others. Their voices were forceful, emphatic, absolute. It had never occurred to me that my voice might be as strong as theirs.”
Educated: A MemoirTara Westover · Random House · 20184,791 okunma
·
64 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.