Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

336 syf.
·
Puan vermedi
·
22 saatte okudu
Bir növ baş qarışıqlığı yaşayırdım ki görəsən nə oxuyum, kimin yaradıcılığı ilə dərindən tanış olum? Yaxınlarımdan məsləhət istəsəmdə Dostoyevski, Agatha Christie və s. kimi dünya Ədəbiyyatının möhtəşəm yazarlarını tövsiyə etdilər. Mənim isə Qəlbimdə Sadəcə Azərbaycan Ədəbiyyatından inciləri oxumaq keçirdi. Daha sonra bir Ukraynalı rəfiqəmlə söhbət edərkən mənə Kiyevdə Nizami Gəncəninin "Xəmsə"sinin yavaş yavaş çapa çıxarıldığını və hətta Leyli və Məcnunun artıq satışda olduğunu dedi. Sevinc hisslərini bölüşdü, kitabı alıb bu möhtəşəm yazarla tanış olmağ həvəsindən danışdı. İçimdə yaşadığım utanc hissi məni yerin dibinə apardı. Tez Nizaminin yaradıcılığı ilə daha dərindən tanış olub əsərlərini oxumağa başladım. İşə Yeddi Gözəldən başladım. Dahi yazar Azərbaycan Ədəbiyyatını dünyaya tanıdan və hələdə tanıtmağa davam edən Nizami Gəncəvinin bu əsəri tam bir tərbiyə ensiklopediyası hesab etmək olar. O qədər maraqlı idiki təxmini 300 səhifəni bir nəfəsə bitirdim. Bircə amması vardı "Şahın Mədhi" ni və "Bu kitabı niyə yazdım" hissələrini oxumadım. Mənim fikrimcə Azərbaycan vətəndaşı olaraq hər şeylə yanaşı öz dahilərimizidə oxumalı analiz etməli hər şeydən əvvəl öz dahilərimizi tanıtmalıyıq. Sırf millətçiliyimiz zəyifdir deyə bir çox gənc yazarlarımızda qələmləri qızıl olsada heçliyə qarışıb əriyib gedir. (
Yeddi gözəl
Yeddi gözəlNizami Gəncəvi · Lider Nəşriyyat · 2004234 okunma
·
531 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.