7/10
·56 syf.··
Beğendi
·
2021 11. kitabı
·
9 saatte okudu
·
Okunma: 30 Nisan 2021 00:10
Bir çöküşün öyküsü - Stefam Zweig Aprel ayının sonuncu, yəni altıncı kitabı ilə mən gəldiiiim Fransız sarayında olduqca mövqe sahibi olan, aristokrat, diqqət sevən bir qadının həyatından bəhs edən yazar usta bir qələmlə insana xas olan, onu çöküşə, məhvə aparan yolda yaşadığı hər duyğunu əks etdirmişdir. Parisdən Normandiyaya sürgün olan qadın bu günlərin bitəcəyini, dəbdəbəli həyatına geri dönəcəyini ümid edir. Saraydakı intriqalar, eyləncə, saxta sevgilər onun mənliyini tamamlayan şeylər idi və bunlardan uzaq qalmaq onu məhv edir. Yenidən insanların ağlında iz buraxmaq, diqqəti öz üzərinə çəkmək üçün plan qurur və bunu həyqta keçirir. Bəs bu planın nəticəsi və təsiri necə olur? Kitab bir gündə rahatlıqla oxunur. Qısa həcmli əsərlərin dahisi deyə adlandırdığım Stefan yenə öz sözünü dedi. Ən bəyəndiyim əsəri olmasa da, insana xas duyğuların hər incə detayını ifadə edən, müəllif, axı sən necə bir deryasan?? Seni necə sevmeyim? Əsərdə elə cümlə tapılmazsı hansısa bir insana aid olmasın. Məhz bu məqam müəllifin bütün əsərlərinə xasdır. Hər kəs mövzudan asılı olmadan Zweig dəryasından özünə pay götürə bilir. İnsanı düşündürən onlara toxunan müəllifin bütün əsərlərini ocumaq ümidi ilə... Bir çöküşün öyküsü də sadə axışı ilə hər birinizin bəyənəcəyi bir əsər olacaq. Müəllifin ən sevdiyim əsəri haqqında növbəti postda danışacam. Hər kəsə xoş oxumalar.
Bir Çöküşün ÖyküsüStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202591,9bin okunma
·
9 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.