Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

343 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Varis Yolçuyevdən "birnəfəsə" oxunacaq bir roman daha. Hər dəfə oxuduğumda qələminə daha da heyran olduğum yazardır Varis. Yazı üslubu o qədər sadə və şirin gəlir ki mənə. Bu kitabını da çox bəyəndim. Əsərdə bir yeniyetmə qızın - Zeynəbin başına gələn dəhşətlərdən və bu dəhşətlərdən onun gündəliyi vasitəsilə xəbər tutan teleaparıcı Tural Gündüzlünün həyatından bəhs olunur. Kitabı oxuduqca Tolstoyun "Bütün xoşbəxt ailələr hamısı bir-birinə bənzəyir. Bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir" sözlərini xatırladım... Böyük ümidlərlə Bakıya oxumağa gələn kasıb ailənin qızı Zeynəbin həyatı insanı dəhşətə gətirir. Bir insan, daha doğrusu bir yeniyetmə qız bu qədərmi əzablara düçar olar, həyatdan bu qədərmi zərbələr ala bilər?!
Yaşıl Üzlü Gündəlik
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014201 okunma
·
627 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.