Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Öyrətmə özünə, öyrətmə məni...
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni... Əlimi saçına öyrətmə belə, Gözümü gözünə öyrətmə belə; Üzümü üzünə öyrətmə belə... Yox buna təqatim, yox buna tabım Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım… Yoxsa da, könlümün sınıqları var, Hicranın köz basmış yanıqları var - Mənim dərdlərimin ayaqları var - Harda olsa gəlib tapacaq məni, Yaxıb yandıracaq bu ocaq məni. Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə…
Musa Yaqub
Musa Yaqub
🥀
··
630 görüntüleme
Astagəl Tomas okurunun profil resmi
Möhtəşəm👍
şəhanə okurunun profil resmi
Bizim şairlər möhtəşəm yazır🙂
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.