Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

80 syf.
7/10 puan verdi
·
13 saatte okudu
Qədim Yunanın Eshilos və Evripides ilə bərabər 3 böyük tragediya yazarlarından biri olan Sofokl altmış iki illik ədəbi fəaliyyəti dövründə rəvayətə görə 123 əsər yazmışdır ki, bizə bunlardan sadəcə 7si çatmışdır. "Tiran Edip" də bunlardan biridir. Bu kitaba nədən bəhs edildiyini bilmədən oxumağa başladım və oxuduqca mövzusunun əvvəlcədən oxuduğum Orhan Pamuk'un "Kırmızı Saçlı kadın" kitabına oxşar olduğunu gördüm. Orhan Pamukun bu kitabında şərq və qərb mifologiyasından söhbət gedirdi və şərq mifologiyasında ata oğulu öldürürdüsə, qərb mifologiyasında isə məzmun biraz daha mürəkkəbdir. Oğul atasını öldürür və anası ilə yatır. Bunun səbəbi isə illər əvvəl  anası və atasından bədbəxt hadisələr nəticəsində ayrılan Edip onları tanımaması və bu hadisələr zənciri ilə birlikdə bir çox səhvlər etməsidir. Həqiqətləri öyrəndikdən sonra isə o dərin bir böhran keçirir və özünü cəzalandırmaq məqsədi ilə gözünü kor edir. Və ədəbiyyatda Edip kompleksi anlayışı mövcuddur. (ing. Oedipus complex) Bu oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozğunluqlar kompleksinə verilən addır. Kral Edip Sofokla görə bir əsər qəhrəmanı idisə, Freydə görə insan olmağın faciəvi hallarından biri idi.
Tiran Edip
Tiran EdipSophokles · Qanun Nəşriyyatı · 20188,7bin okunma
·
275 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.