Gönderi

Mən doğrudan da buyam? Mən uçuruma doğru gedirəm” deyirik özümüzə və uğrunda çapaladığımız hər şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq... Amma yox. Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə,alnımızın qırışına baxırıq. Axmaq olduğumuzu heç cürə qəbul edə bilmərik.Axı hər birimiz ayrılıqda bir Eynşteynik.
··
557 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.