Puan vermedi·112 syf.··Beğendi
···Okunma: 26 Haziran 2021 22:48 hukuk ve idare adamı olarak Osmanlı devletinde KADI
Hərçənd ki, kitabları İlber hoca 2019-un mayında imzalayıb, mən indi yekunlaşdıra bildim.
Əvvəla İlber Ortaylıdan əsər seçərkən nəzərə almaq lazımdır ki, o tarixçidir və yazdığı əsərlər bədiidən çox elmi xarakter daşıyır. Bu isə öz növbəsində sizdən bir qədər yaxşı öyrənilmiş türk dili tələb edə bilər. #birömürnasılyaşanır dili nə qədər sadə idisə, #hukukveidareadamıolarakosmanlıdevletindekadı kitabında bir o qədər hüquqi terminlər, osmanlıca ifadə və sözlər yer almaqdadır. Düzdür, sözügedən ifadələrin izahı və tərcüməsi qeyd olunur, amma bu proses ümumi oxu sürətinə və axıcılığa təsir edir.
Kitabın məhz hüquqşunaslar, yaxud tarixçi, tədqiqatçılar üçün yazıldığını düşünmürəm. Əksinə bu mövzuda məlumatı olmayan oxucu kitabın sonunda xeyli məlumat əldə etmiş olur.
Kitabda yalnız Osmanlı dövlətinin deyil, həmçinin digər dövlətlərin də hüquq sistemi, tarixi analiz olunur.
Kadı vəzifəsi islam dövlətlərində sadə məmur vəzifəsi olsa da, osmanlıda ciddi hakimlik idi. Odur ki, islam dövlətlərində islam hüququnu mükəmməl bilmək kadı olmaq üçün kifayət idisə də, Osmanlı dövlətində KADInın mədrəsə təhsili olmalı, lazımi imtahanlardan keçərək “İstanbul Ruusu” dərəcəsinə yiyələnməli idi. Kadı təyin oldunduğu yerdə iki (2) il fəaliyyət göstərə bilərdi. Vəzifədən suistifadə isə ya edam, ya da vəzifədən azadedilmə ilə nəticələnirdi. Kadılar hüquqi məsələlərlə yanaşı ticarət, iqtisadiyyat, təhlükəsizlik, məscid və təhsil idarəsində də söz sahibi idilər.