Gönderi

Ağ neft nəhr kimi axıb daşan, bütün aləmə işıq və istilik verən bir şəhərdə toranlıq, zülmət, acınacaqlı güzəran hökm sürürdü. Rotşildin əzəmətli binası qarşısında axşam düşməmişdən səhər açılana qədər yanan qaz fənərinin bir gecədə ətrafa saçdığı işığı on kazarmadakı bütün qaraçıraqlar bir ildə saçmırdı.
·
88 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.