Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

302 syf.
10/10 puan verdi
Sevil Atasoy-Bu Ayak izi senin Dr.Watson! "Çeyrek asırdır sürdürdüğüm bu yolculukta,bana eşlik etmenizi istememin başlıca iki nedeni var. Ilki ,bilim ve teknolojinin adalete katkısını,adli bilimlerin cazibesi ve vazgeçilmezliğini, her ayrıntısı gerçek olan suç öyküleri ile size  aktarmak . Diğeri ve kanımca daha da önemlisi,içinize kuşku tohumları ekerek, tıpkı hayali hayali detektiv Sherlock Holmes'un,yardımcısı Dr.Watson'a dediği gibi "Hiç bir şey, apaçık ortada olan kadar aldatıcı değildir" demenizi sağlamak. Sevil Atasoyu Arzunun paylaşımından ve '"Kanıt" dizisindən tanımağa başlamışam. Cinayətlərin tapmaca kimi çözülərək tapılması  cəlbedici,əyləncəli və primitiv sujet kimk görünsə də ,içində təkcə məntiq yox,həm də müraciətdə deyildiyi kimi kimya,biologiya,riyaziyyat,bir sözlə digər elm sahələri və zamanla inkişaf edən yeni-yeni peşə sahələri və texnoloji inkişaf da təqdim edilir. Hamimizin sevimlisi ,kitablari sevməmizə şərait yaradan "Sherlock Holmes" macəralarinin yazıçısı A.C.Doyle isə 19 əsrdə yazdığı əsərlərində təqdim etdiyi ,öz dövründə hələ kəşf edilməmiş  tibbi ekspertə əsaslanan analizlərinin olması məni təəccübləndirdi. Doğrusu  Conatan Svift, Jül Vern kimi macəra janrindaki əsərləriylə dövrünü qabaqladiğini  ve bir neçə elmə aid elmi  baxış bucaği olduğunu əsərlərində istifadə edildiyini görsəm də A.C.Doyle ilk oldu. Bu soyuduğum detektiv əsərlərə yenidən qayıdışımı körüklədi deyəsən. Bu soyuqluğu sırf son zamanlarda detektiv janrinin qruplarda ön yarğıyla tənqid edilməsinə də bağlıdır. Və təbii ki, bəzi yazıçılarin açıq formada bəlli olan başqalaeinin üsullarini,hətta yazisini kopyalamasina da bağlana bilər. Amma ,Sevil xanimin bu kitabindan sonra əminəm ki,həm detektiv əsərlərə,həm də digər fikir vermədiyimiz,bilmədiyimiz digər peşə sahələrinə də,dəqiq elmlərə,xüsusən kimya,biologiya,fizika kimi elmlərə maraq yaranacaq. Istər -istəməz bu qədər bilgisizlikdən təəssüf etdim doğrusu. Kitabda qeyd edilən cinayətlər cinayətkar axtarilmasindan daha çox elmi araşdirmalar və psixoloji profaylinqlə analizlərə əsaslanır. Sanildiği kimi detektiv deyil ,real hadisələrə əsaslanir. İçində qədim tarixlərə geri dönüşlər də var. Elmə ,peşə seçiminə daha şüurlu yanaşmaq üçün əla kitabdir məncə.
Bu Ayak İzi Senin, Dr. Watson!
Bu Ayak İzi Senin, Dr. Watson!Sevil Atasoy · Doğan Kitap · 2007118 okunma
·
100 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.