Gönderi

9/10
·208 syf.··
2021 38. kitabı
·
5 günde okudu
·
Okunma: 03 Temmuz 2021 15:54
Əsərin baş obrazı olan Montag yanğınsöndürən idi. Televiziyanın hakim olduğu bu dünyada yanğınsöndürənlər yanğın söndürmək əvəzinə yanğın yaratdıqları üçün kitablar yox olmaq ərəfəsində idi. Montagın işi, qanunsuz olanların ən təhlükəlisini- kitabları yandırmaq idi. Montag işini heç vaxt sorğulamırdı və bütün gününü televiziya ilə örtülmüş otaqlarda keçirən həyat yoldaşı Mildredlə yaşayırdı. Ancaq yeni qonşusu Clarisse ilə tanış olduqdan sonra bütün həyatı dəyişdi. Kitabların dəyərini dərk etməyə başlayan Montag, bu vaxta kimi bildiklərini sorğulamağa başladı. İlk öncə onu deyim ki kitabı çoooox bəyəndim, bir nəfəsə oxuna biləcək bir kitabdır, verdiyi mesajlar isə olduqca dəyərlidir. Bu janrda oxuduğum ilk kitab olduğu üçün özümü çox şanslı hesab edirəm. İllər sonra mütləq 2-ci dəfə oxumaq fikrim var. Kitabın sonu yarıda kəsilmiş hissi verir oxucuya, lakin məncə bu daha yaxşıdır, çünki mənə elə gəlir ki kitabın sonu başqa cür tamamlansa idi indiki effekti verə bilməzdi. Oxuyacaq olanlara xoş oxumalar.
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,2bin okunma
·
240 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Mən bəyənmədim amma:/
Aynurə
Gönderi Sahibi
Bu janrda ilk oxuduğum kitab olduğu üçün sevmiş ola bilərəm mən😂