Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Gazelleri - 6
"Gər istəsən ki, fitneyi-aləm oyanmasın Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın Göstər çəməndə nərgisə hər şam gözlərin Ta sübh olunca xabi-ədəmdən oyanmasın. Yox məndə tab vəslinə, göstərmə ruyini Pərvanə shəmi görsə, nə mümkündü yanmasın. Kuyin rəqibə məskən olub gəlmərəm dəxi Nə görməsin gözüm və nə könlüm bulanmasın. Sirri-dəhanini demə naəhl zahidə Qoy bixəbər qalıb belə əsrari qanmasın Canım çıxar çıxanda xətin gülüzardə Eylə xətin tərash, qoy ömrüm uzanmasın. Derlər, nəvidi-vəsl verib yar Sabirə Xam olmasın, bu mətləbə hərgiz inanmasın."
Sayfa 378 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
·
37 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.