"Gecə yatmaq zamanı çatmışdı
Molla Nəsrəddin evdə yatmışdı
Nagəhan kuçədən ucaldı səda
Vurharay düşdü, qopdu bir qovğa.
Molla, çiynində yorğanı, dərhal
Kuçəyə çıxdı müztərib əhval;
Gördü bir yanda bir ağır dəstə
Sanki minmiş adamlar üst üstə.
İstədi dəstəyə tərəf getsin
Bu yığıncaq nədir, sual etsin.
İşbu əsnadə bir nəfər tərrar
Yorğanı qapdı nagəh, etdi fərar.
Molla bu qissədən pərişan-hal
Evinə döncək övrət etdi sual:
'De görüm, kuçədə nə var, a kişi?
Bu nə dəvadır, anladınmı işi?'
Dedi: 'Yorğan üçün imiş bu təlaş
Qapdılar yorğanı, kəsildi səvaş."