Gönderi

256 syf.
·
Not rated
·
Liked
Sabahattin Ali yenə qələmiylə məni alıb duyğuların ən uc nöqtələrinə sürüklədi... Düşündürdü, hüzünləndirdi, bəzən duyğularıma o qədər yaxından xitab etdi ki, hisslərimi qələyana gətirib coşdurdu... Yazıçının üslubunu bir az Zweigə bənzədirəm mən. İnsan psixologiyasını, onun iç dünyasını bu qədərmi dərindən duyar və duyduqlarını da bu qədərmi ustalıqla yazıya tökə bilər insan?! Bizi yaşadan nədir? İçimizdə həqiqətən istəmədən pis əməllərə sürükləyən bir şeytanmı var yoxsa? Gerçək ziyalı kimdir? Bəs eşq nədir? Sadəcə sevmək yetirmi xoşbəxt yaşamağa? Bu və daha bir çox suallara cavab axtarır yazıçı "İçimizdeki Şeytan"da. Başlanğıcda Ömərlə Macidənin qeyri-adi tanış olma səhnəsi oxucuya "Kürk Mantolu Madonnada"kı kimi cismanilikdən uzaq, daxili dünyaların cazibəsindən bəhs edəcək fərqli bir eşq hekayəsi oxuyacağı zənnini oyadır... Amma xeyir bu sadəcə bir eşq hekayəsi deyil, bu Sabahattin Alinin həyata fəlsəfi baxışlarının, dövrünün özünü aydın adlandıran "ziyalılarının" daxili səfalətinə yetirdiyi nəzərlərinin, ümumilikdə, insanın daxili dünyası ilə bağlı təhlillərinin bir növ mündəricatıdır. Uzun-uzadı yazmayacağam. Çünki bu əsər haqqında hiss edib, düşündüklərimdən layiqincə bəhs edə bilmək üçün elə yazıçının özü kimi bir ustalıq tələb olunur ki, o da məndə yoxdur. Hər kəsin mütləq oxuması vacib olan kitablardan olduğunu düşünürəm. Oxuyun, oxudun və kitablarla yaşayın...
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019173.8k okunma
·
104 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.