Gönderi

408 syf.
8/10 puan verdi
·
Read in 6 days
Psixologiyaya marağınız var, lakin psixoloji kitabları, uzun və sıxıcı bulub onları oxuya bilmirsizsə, oxumaq üçün ən düzgün seçim Rövşən Abdullaoğlunun psixologiyayla geyindirdiyi bədii kitablar olar. Kitab haqqında oxuyarkən ilk bu yazıçının detektiv janrda nə ortaya çıxaracağı maraqlı gəlmişdi. Amma oxuduqca kitaba mənsub olduğu janrdan əlavə olaraq ayrı bir ssenari sütunu salması, və burada dialoqlar və hadisələr arasına yeritdiyi psixoloji söhbətləri görmək temanı aydınlatdı, xoş da gəldi. Əslində elə detektiv sütunda olan sirr də elə bir başa psixologiya ilə bağlı idi, bu haqda çox məlumat verməyəcəm. Ümumiyyətlə bir kitabı mənə sevdirən içindəki sarsıdıcı məqamlarıdır, hansı ki oxuyanda ani titrəmə keçirib, kitabı bir neçə saniyəlik qapayırsan amma ağzını qapaya bilmirsən. Bu kitabda bunu bir neçə yerdə yaşadığıma görə, gönül rahatlığı ilə tövsiyə edirəm. Xoş mütaliələr.
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023518 okunma
·
567 views
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.