10/10
·544 syf.··
Beğendi
·
2021 2. kitabı
·
26 günde okudu
·
Okunma: 08 Temmuz 2021 14:01
Jül Vernin ən məşhur əsərlərindən biri də "20000 lye su altında"dır. Onun "Kapitan Qrantın uşaqları", "Sirli ada" romanlarını böyük maraqla oxuduğum üçün bu əsərini də oxumaq qərarına gəldim və əmin oldum ki, Jül vern yaratdığı personajlarla hər dəfə mənim qəlbimdə dərin iz qoya bilir. Beləliklə, tale görkəmli fransız təbiətşünas alim Pyer Aronaks, onun nökəri Konsel və əfsanəvi balina ovçusu Ned Lendi Kapitan Nemonun sirli gəmisinə atır. "Nautilus"un özü qədər onun mötəbər kapitanı da sirlərə qərq olmuş bir şəkildə qalır. Əsər boyu Kapitan Nemonun sirli taleyinin açılacağı səhnəni böyük intizarla gözləsəm də, bu barədə dolğun məlumat ala bilmədim. Onun haqqında ətraflı məlumat isə bu əsərində olmasa da, "Sirli ada"da öz əksini tapmışdır. Elmi fantastikanın ən gözəl nümunələrindən olan əsərin maraqlı və rəngarəng süjet xətti boyunca mən, sanki, sualtı və suüstü macəralar zamanı obrazları müşayiət edirdim. Buna görə də onlar mənim üçün artıq çox doğma olmuşdur. Oxumağı dönə-dönə tövsiyə etdiyim bu kitabın sonunda isə alim Aronaks belə deyir: "Altı min il bundan əvvəl "Ekkleziast" kitabında verilmiş bir suala: "Dəryaların dərinliyini kim ölçmüşdür?"- sualına, yer üzündəki adamlardan indi ancaq iki nəfər "Mən!" deməyə haqlıdır. Bir Kapitan Nemo, bir də mən. "
Bilim-Kurgu
20000 Lyö Su Altı İləJules Verne · Qanun Nəşriyyatı · 016,3bin okunma
·
895 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
📚Uşaq vaxtı Jül-Vern'in mavi üzlü, qalın "Kapitan Qrant'ın uşaqları" kitabını "oxumuşdum"(yadımda qalmasa da)Amma kitab seçimim və məndəki o həvəsin birdən-birə hardan, necə gəldiyini heç özüm də bilmirəm.Heç nə təsadüfi deyilmiş, növbəti dəfə Jül Vernin daha bir kitabı ilə rastlaşmaq nəinki köhnə xatirələrimi yadıma saldı, hətta məni gələcəkdə yazıçının digər əsərlərini də oxumaq fikrinə saldı😍Belə gözəl incələməni bizimlə də paylaşdığın üçün təşəkkürlər💕
Jül Vern - mənim sevimli yazıçılarımdann❤️
Mükəmməl👍🏻