·384 syf.··Beğendi
···Okunma: 11 Temmuz 2021 16:37 Uzun zaman idi ki kitab oxuya bilmir ya da oxuduqlarımı yarımçıq qoyurdum. Buna görə də neçe aylardır rəfimdə olan bu kitabı oxumaq qərarına gəldim. Yaxşı ki bu kitabı oxudum, Wulf Dorn yenə mövzu axıcılığı, hadisələrin bağlılığı və mövzu seçimi ilə öz sözünü deyib. Əvvəl oxuduğum kitabların da olduğu kimi əgər başladınsa kitabı əlindən yerə qoya bilmirsən. Bir sözlə kitab oxuma həvəsini yenidən qaytardı deyə bilərəm. Bu əsərdə isə Doro adlı bir gənc qızın başına gələnlər danışılır. Qızı hər kəs dəli olaraq görür, hətta bəzən özü də belə düşünür. Bununla yanaşı özünü bir cinayet hadisənin içində tapır. Bundan sonra isə hər şey daha da qarmaşıq hala gəlir. Yenə də sonunu təxmin edə bilmədiyim bir kitab oldu. Wulf Dorn bu cəhətini də çox bəyənirəm sonda her zaman insanı təəccübləndirməyi bacarır.