Gönderi

80 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
Qorxu
Ayıb- utanc verici, ayıb bir hərəkətin yaratdığı qorxudan danışılır kitabda. Haqqında çox eşitdiyim, çoxdandı oxumaq istədiyim, amma, düşmənimə belə arzulamadığım bir mövzunu ələ alır əsər. Əsər bizə insanların kiçik problemlərə ehtiyac duyduğunu deyir, yoxsa həyatında hər şey qaydasında gedən İ həyatına rəng, maraq qatmaqçün xeyli tanınmış, dövlətli həyat yoldaşını bir məşuqla aldatmazdı. Mənə görə təmiz həqiqətlərdən ibarət idi əsər. İnsanlar səhv olduğunu bildiyi halda bir iş gördükdə bunun yaradacağı fəsadları düşünmür. Mən mərkəzçilik buna icazə vermir. Etdiklərinin daha dərindən fərqinə vardığında əvvəl özlərindən utanmağa başlayırlar, daha sonra bu utancın necə qarşılanacağını düşünüb qorxu yaradarlar içlərində haqlı olaraq. Pesonajımız olan İ tutduğu bu pis əməldən (xəyanət) şantaj olunmağa başladığı vaxtı utanıb, qorxmağa başlayır. Əsərdə onun çəkdiyi iztirablardan danışılır. Hətta bir yerdə Sveyq İ'nin bu qorxu və utanc hissiylə bərabər bunu gizlətməyə çalışmasını qəhrəmanlıq adlandırır. Yəni həm bu hissləri keçirdib, həm bütün ətrafından gizlətməyini nəzərdə tutur. Bir hissəni xususilə sevdim. Biriləri sizə bir etiraf edirsə əslində özünü qurtarmış olur çəkdiyi iztirablardan (tam olaraq belə yazılmasada bu mənaya gəldiyini düşünürrəm). Cəza nə olursa olsun məlumdu nə vaxt bitəcəyi olsun, nə olacağı olsun. Əsas olan o qorxu və utancı içindən atmaqdır. Ondan təmizlənməkdir. Bu mövzuda saatlarla danışdığım olub amma burda onu etmiyəcəm. Bir nəfəsə oxuyacağınız tövsüyə olunan bir kitabdı. Xoş mütaliələr.
Korku
KorkuStefan Zweig · Romans Yayınları · 2019104,2bin okunma
·
211 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.