-Yeni dünyanı görməyə hazırsan?Gəl gedək...
Bu cümlə ilə Qaraqanın "ikinci addım" kitabını bitirdim.3addım Trilogiyasının ikinci kitabı.bu kitab qadağan olunmalıdı çünki, Qaraqanın da dediyi kimi,bizim ölkənin əksər oxucusu izlədiyi filmlər kimi oxuduğu kitablardan da mənfi yöndə etkilənir.Kitaba başlayan müsəlmanların əksəriyyəti kitabı ateist olaraq bitirir.Amma bu sadecə dini inancı zəif olan insanlara aiddir...
Kitabı çox çətinliklə oxuyub bitirdim bu kitabın axıcı olmaması ilə əlaqəli deyil...sadecə bəzi məlumatlara hazır olmadıģımı hiss edirdim və sonunda bitdi.Kitab dinlərdən,ufolardan,qədim inanclardan bəhs edir.Dini müzakirələri sevməyən biri olaraq kitabın bəzi yerlərində kitabı ikiyə bölmək istəyi gəldi:)3-cü addımı da bitirdikdən sonra ümumi fikrimi paylaşacam.Ha birdə bu kitab dini inancıma təsir etdimi?Əlbəttə ki, xeyr.Çünki,mənim Allaha olan inancım insanlara və onların dediklərinə,yazdıqlarına olan inamımdan daha güclüdür!♡