·185 syf.··Beğendi
···Okunma: 15 Temmuz 2021 02:06 "Ax,leytenant...Mənim cavan leytenantım, sən haradan gəlib çıxdın? Yoxsa, bu, yuxudur?"
Nuriyyə....Əsər onun dilindən oxuculara təqdim olunur.Universiteti bitirdikdən sonra Güney Qışlaq kəndinə mədəniyyət işçisi kimi təyin olunan Nuriyyə burada keçmişi ilə qarşılaşır.
Leytenant olmuş Murad uzun illər öncə Nuriyyəni sevmişdi bəlkə də. İlk görüşdə -Biz heç vaxt bir-birimizdən ayrılmayacağıq.Elə deyilmi? -demişdi leytenant. Amma...
İlyas Əfəndiyev insan psixologiyasına o qədər gözəl bələdçidir ki.Nuriyyənin eşqinə fədəkarlığı, həmçinin güclü qadın olub aktrisa olmaq yolunda çalışqanlığı məni sevindirdi.Çünki əksər əsərlərdə qadınlar məqsədinə ya çata bilmir ya da sentimentalizmin qurbanı olurlar. Amma qadın olmaq hisslərinin əsiri olmaq demək deyil.Başqasının ailəsini yarım qoymaq istəmiyən qəhrəmanımız öz eşqindən uzaqlaşır.Bu eşq əbədi dəfn olunur.Kaş Hümməti sevsəydi deyə düşündüm. Hümmət əsərdə sevdiyim obrazlardan oldu.
Əsər müsbət sonluqla bitir.Amma kaş belə bitməzdi,- dediyim kitablardan oldu.
Xüsusilə ruhunun iztirablarını heç kimə danışmayan Nuriyyənin dırnaq içində verilən fikirləri insan qəlbinin sarı siminə toxunur.
"Nə üçün o mənə xanım deyirdi? Nə üçün sadəcə adımı söyləmirdi..."
"...Sənin mənə göstərdiyin qayğıda hiss etdiyim bu yadlıq haradandır?"
Əsər boyu o qədərdi ki, öz-özü ilə monoloqları.Ən ağrılıdı da hər zaman monoloqlar olar.Heç kimə söylənməyən sözlər, duyğular.
Mütləq oxuyun. Öz ədəbiyyatımızı sevək, sevdirək.