Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

·
Puan vermedi
Bura bu kitabdan daha çox Elxan Elatlı'nın incelemesini buraxmaq istəyirəm. (bir az sərt ola bilər) İlk kitab oxumağa başlayanda Elxan Elatlının kitablarını oxuyurdum. Həmin vaxt üçün mənə maraqlı gəlirdi. Çünki minimal düşünən insanlar üçün maksimal kitablar yazır. Və tarix 17 iyul 2021 artıq kitablarına yaxın belə dura bilmirəm. Dili çox bəsitdir,(sadə və axıcı yox) hər hansı sətiraltı mənalar çətinliklə tapmaq olar. Sadəcə vaxt itkisidir. Detektiv adıyla həvəslə başlayırsan oxumağa. Baxırsan yataq epizodları, mənasız uzadıcı dialoqlar, vulqar sozler, az qala hər əsərdə qadın xəyanəti, hər əsərdə qadının nəfsi zəifliyi, aşağılanmasi, her əsərdə küçə-məişət sözlərinin işlənməsi. Əsəri adamın gözündən salır. Məsələn Qan ləkəsində Məltəmin kalqotkasinin cırılmış yerindən baldırının görünməsi çox mənasız təsvir idi. Və buna bənzər daha çox epizodlar... (bir də hər yaş həddinə tövsiyə olunur ha-ha-ha) Əmin ola bilərsiz ki, yazdıqları Xoşqədəm Hidayətqızının verilişi ab-havasından o tərəfə keçmir, elə bil bütün hekayəni qonşu qadın tum çırtlayaraq danışır, ortaq mövzu dəyişməz olaraq: rayondan gəlib şəhər mühitinə düşəndə nəyəsə görə 'özünü buraxan", mütləq kasıb həyatdan qurtulmaq üçün dekana, rektora, hansısa sponsora məşuqə olan qadın və ya imkanlı xəyanət edən baş qəhrəman obrazlı əsərlər yazır da, bundan artıq nə var ki. yəni bu adamın yazdıqları adama nə qata bilər ki, " xəyanət etmə, namuslu ol acgöz olma," bu qədər bəsit yəni. onları da az qala 5 yaşında uşağa başa salırmış kimi loru dildə yazır zalım. Bunları da bilmək üçün mütləq pul verib Elxan Elatlı kitabı alıb oxumağa gərək yoxdur hər halda. nə bilim, vaxt var idi, mən də kitablarını maraqla oxuyurdum, sonra baxdım ki, millətin çəmini tutub, aradabir patriot mövzularla camaatın damarını tutur (Bax: Leopard Ələmdar ) amma hara da fırlatsan, ehtiras, şəhvət, ağ budlar, aldatmaq adamın gözünü deşir, nolub akişi. adamın ürəyi bulanır daha. Fəridə, Cəvahir, Nailə, o, bu, dincəl də daha, adam qalmadı. Bu kitabda da namus, qeyrət, namus, qeyrət sözlərini görməkdən ürəyim sıxıldı, yarım buraxdım getdi. Təəssüf "belə yazıçının həmvətənim olmasına görə fəxr edirəm" cümləsini Elxan Elatlıya aid edə bilmirəm.
Arxalı Canavar
Arxalı CanavarElxan Elatlı · Teas Press Nəşriyyatı · 0643 okunma
·
1.892 görüntüleme
Derin okurunun profil resmi
Elxan Elatlının 6 əsərini oxumuşam lakin hamının düşüncəsi fərqlidir. Azərbaycanda dedektiv yazıçısı olmaq çətindir. Məncə Elxan Elatlı bunu bacarır. Onun kitablarını ard arda oxuyanda sıxıcı olduğuna məndə qatılıram ona görə bir kitabını oxuduqdan sonra ən az 3 ay Elxan Elatlı oxumuram və elə mənə maraqlı gəlir. Dediyim kimi təbii ki hərənin öz tərzi, öz düşüncəsi var.
Kitabsever okurunun profil resmi
Yazıçının son iki kitabını çıxmaqla bütün bədii kitablarını oxumuş biri olaraq deyim ki, incələmənizdəki "qadın xəyanətləri" hissəsinə və "hər yaşa uyğundur(mizahla)" deyilən sözlərə qatılıram. Hələ Ələmdarın vəfasızlıqları əsəblərimin incə tellərində rəqs edir. Ancaq onu da demək lazımdır ki, bəzi məqamları göz ardı etsək, yazıçının əsərlərində "Xocalı soyqırımı" zamanı əsir düşənlərin yaşadığı ağrı-acıları qələmə alması təqdirə layiqdir. Hər kəs kimi ağrılı faciədən xəbərdar olsam da, bir əsəri oxuyarkən o hislərin onda birini belə yaşaraq anladığım üçün yazıçıya təşəkkür etmişliyim var.(Əlbəttə ki, qiyabən).
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.