Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Desmond və Minna bir cüt yaz göyərçininə bənzəyirlər,gah zarafatlaşırlar,gah da pıçıldaşırlar. Bizimlə bir yerdə şam edib hava qaralandan sonra,ay işığı altında evdən çıxırlar. Hisslərim tamam oyaqdır,bağın içində gəzişirəm. Ayağım altında xışıldayan otların pıçıltısını və gecə məxluqatının səsini dinləyirəm. Ağ qızılgül ətrini ciyərlərimə çəkirəm. Toy günü barədə xəyallar qururam. Hər şey alt-üst olub. Yay gecəsi öz bağımda tənha qalmağı güman etmirdim. Çəpərə söykənib bağın qırağındakı çəmənliyə boylanıram. Tam aydınlığı ilə anlayıram ki, mən də ərə getmək istəyirəm. Bu arzumdan utanıram.Ən azı uşaqlarım,evim,karyeram var. Ərsiz,azad qadın üçün bunlar kifayət edər. Ərə getməyi arzulamaq artıq tamahdır. Bu,feminizmə yaraşan iş deyil. Amma arzum getdikcə daha şiddətlənir.
Sayfa 129Kitabı okudu
·
232 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.