Gönderi

157 syf.
9/10 puan verdi
Kitabı tam da bu anda kəşf eləmiş olmağıma məmnun oldum. Nəvəsinin uşaqlığını bu qədər xırda detalları ilə xatırlaması, ona uydurduğu nağıllar, tapdığı çıxış yolları insana sevgini, nəvazişi dərindən hiss etdirir və yaşadır. Kitabın bu hissələri o qədər gözəl idiki. Məktublarda biz onun sadəcə nənə olaraq deyil, həmdə bir uşaq, bir ana, bir qadın olaraq da düşüncələrini, hisslərini oxuyuruq. Bəzən nənənin qızına məsləhətlərini dəyərli görüb, mən də özüm üçün nəticələr çıxardım. Bəzən də özünün, qızının, nəvəsinin uşaqlıq və gənclik inanclarını dəyərləndirərkən öz keçmişimə, həmdə gələcəyimə uzaqdan və fərqli gözlə baxıb dəyərləndirmək imkanım oldu. Onun baxışı mənə sanki fərqli bir perspektiv qazandırdı. Məktubların əsas mövzusu insanın həyatdakı məqsədi, ailə uşaq münasibətləri, bu münasibətin uşağın gələcəyinə təsiri, feminizm, qadınların azadlığı, dini inanclar, aşiq olmaq və s. idi. Və məncə kitabın əvvəlləri sonlarından daha qəşəng idi. Ümumiyyətlə məktublar və günlüklər birinin illər içində dəyişən düşüncələrini, hisslərini o günün canlılığı ilə daha dərindən əks etdirdiyinə görə onları oxumağı daha çox sevdiyimi hiss eliyirəm. Bu kitabı daha kədərli kitablar oxumayacam deyə qərar alıb, yaxşı hiss etdirən kitablar arayışında olarkən kəşf elədim. Və əslində kitab kədərlidir, bir o qədər də yaxşı hiss etdirmir amma onunla tanış olduğuma çox məmnun oldum. Kitabı kəşf eləməyimə vəsilə olduğu üçün
Özgüm Coşkun
Özgüm Coşkun
a çox təşəkkür edirəm
Yüreğinin Götürdüğü Yere Git
Yüreğinin Götürdüğü Yere GitSusanna Tamaro · Can Yayınları · 199616.8k okunma
··
1,081 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.