Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

272 syf.
3/10 puan verdi
Gəncliyində aldığı travma nəticəsində, qalan həyatını bir növ insanlardan gizlənərək "yaşayan" ( buna nə qədər yaşamaq demək olar bilmirəm) Ludo.. Anqolaya köçdükdən sonra həyat əvvəl onlara bir şans versə də, Qərənfil inqilabının başlaması ilə yenidən qara günləri başlayır. Ludo da qonşularla əlaqəsini tamamilə kəsmək üçün qapının yerinə divar hörür və beləliklə, ömrünün son 30 ilini sözün əsl mənasında, dörd divar arasında keçirir, ta ki Sabula gələnə qədər... İlk başda, əsərin adı diqqətimi çəkmişdi, amma oxuduqdan sonra belə başa düşdüm ki, elə bir əlaqə yoxdu. Əsərin tək yaxşı yanı dilinin axıcı olmasıdı, mövzu nə qədər maraqlı olsa da, istər obrazlar, istərsə də hadisələrin ardıcıllığı çox qarışıq işlənib sanki. Hadisələr tamamilə absurd bir şəkildə baş verir, düşünün (spoiler kimi ola bilər) Ludo ac qalmamaq üçün göyərçin ovlayır və bu zaman qaynından qalan almazları quşların diqqətin çəksin deyə istifadə edir, bəzən ovlayır, bəzən də quş almazları yeyib gedirbir gün ayağında not olan bir göyərçin gəlir, almazlardan 1-2sin yeyir, Ludo da tam ovlayacaqkən ayağındakı notu görür( başqa bir şəxslə bağlı görüşə aid not idi) və ovlamır, üstünə özü də bir not yazır ki sadəcə" göyərçini öldür". Sonra dərin bir spoiler olmasın deyə belə deyək, Ludonun qaynı ilə əlaqəsi olan şəxs illər ərzində min bir ölüm qalım yaşadıqdan sonra bu göyərçini tutur, öldürür təsadüfən tapır ki, almaz var nəsə sonra uzun aradan sonra bu adam axırda gəlib Ludonun qonşusu olur ( hələ bu göyərçinin bu adamın keçmişi ilə , nə bilim bu adamın da Ludoyla əlaqəsini demirəm) Uzun sözün qısası, nə qədər zövqlər fərqli olsa da, nacizanə bir şəkildə onu deyə bilərəm ki,vaxt itkisindən başqa bir şey deyil...
Unutmanın Genel Teorisi
Unutmanın Genel TeorisiJose Eduardo Agualusa · Timaş Yayınları · 2018806 okunma
·
738 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.