Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

112 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
“ İnsanlar qorxaq doğulmazlar. Onları qorxağa çevirən bizlərik. Ailə və məktəbdə verdiyimiz tərbiyö, hökümətdə istifadə etdiyimiz üsullardır vətəndaşı qorxağa çevirən. Uşağa cinlərdən, pərilərdən, süpürgəsaqqallardan, divlərdən, ruhlardan söz açıb qorxutmaq istəyirsinizsə, həmin uşağın ruhuna ta beşikdən qorxaqlıq toxumu əkmiş olacaqsınız! “ Azadlıq mələyinə vurulmuş, istibdaddan qaçan, məntiqi, ağlı, ruhu və qəlbi ilə bütün qanunlarını, nizamanməsini qəbul etdikdən sonra Sərbəst İnsanlar Ölkəsinin vətəndaşına çevrilən Əhməd bəy Ağaoğlunun fəlsəfi, siyasi, psixoloji və sosioloji analizləri əsasında qələmə aldığı əsər. Şuşalı Əhməd bəyin bu əsəri bir növ sual-cavab əsasında hekayə şəklində qələmə alınmışdır, qədim yunan filosofu Sokratın üslubuna bənzəyir. Hekayə 1930-cu ildə nəşr olunub və hardasa 100il ötsə də cəmiyyət eyni problemlərlə doludur. Əsərdə təhsilin, qorxaqlığın, ikiüzlülüyün, yalançılığın, xəbərçiliyin və s kimi məsələlərin dərininə enir və azadılıqla birbaşa əlaqəsi izah olunur. Sərbəst İnsanlar Ölkəsinə daxil olmaq istəyən insana qapıda keşikçilər əsas dörd sualı verir: 1. Tamahına yiyə durursanmı? 2. Doğrunu sevirsənmi? 3. Həqiqətə dözümün varmı? 4. Ləyaqət sahibisənmi? Və Sərbəst İnsanların Əsas Yasası 14 qanundan ibarətdir. Yeni vətəndaş olmaq istəyən şəxsə bu qanunları oxuyub qavramağa və and içməyədək vaxt verilir. Vətəndaş tam hazır və bütün qanunları qəbul etməyə hazır olduqdan sonra vətəndaşlıq andı içir. Hekayənin yazılış üslubu çox maraqlıdır. Hər bir məhfum izah edilir və misallar çəkilərək göstərilir. Bir növ tədqiqat metodları dərsini xatırladır. Məncə mütləq oxunmalı və dərs çıxarılmalı əsərdir. Xüsusən də, valideynlərin, müəllimlərin və ictimai işlərlə məşğul olan şəxslər tərəfindən.
Serbest İnsanlar Ülkesinde
Serbest İnsanlar ÜlkesindeAhmet Ağaoğlu · Gram Yayınları · 2014142 okunma
·
272 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.