Şəhidlər xiyabanına ziyarət
10/10
·212 syf.··
Beğendi
·
2021 2. kitabı
Şəhidlər xiyabanına getdim bu gün mən, Sanki şəhidlər bir-biri ilə söhbət edirdi. Biri gələcək haqqda danışır, O biri evlənmək haqqda deyirdi. **** Bir şəhid var idi yaman kefsizdi, Soruçdum dedilər onu kimsəsizliyi incidir. Dedim “başqasının qəbir üstə bir nəfər gələndə, Şəhidin üstünə bütün xalq gəlir. **** Bir şəhid dedi ki balam var mənim, Ona gələcəm deyə söz verdim. İstədiyi kimi olmadı mənim gəlməyim, Bu cür gəlməyimə yaman incidi. **** Bir şəhid dedi ki yoldaşımla mən, Uzun illər bir-birimizi sevib evləndik. Eh nə bilim hardan biləsən? Ağıla gəlməzdi ki birlikdə qocala bilməzdik. **** Bir şəhid soruçdu evlənmisən sən? O biri dedi ki on doqquz yaşındayam mən. Soruçdu indiyədək sən neyləmisən? Dedi nə yatmışdım ki nədə yuxu görəm. **** Ama görəcəyim indi daha çoxdu, Olmaz gözümdə mənim həsrətin. Narahat olmağa bir səbəb yoxdur, Gözlüyür o gözəl məni cənnətim. **** Bir şəhid doxsan iki şəhidi idi, Dedi məni otuz ildir həsrət bezdirdi. İstəməzdim yanıma sizdə gələsiz, Gəlsəzdə cənnətə sizdə xoş gəldiz. **** Narahat olmuyun siz darıxmarsız, Bura hər gün biri baş çəkir. Hər şəhid anası bura gələndə, Bütün qəbirlərə baxıb yaman ah çəkir. **** Hamısı mənə dedi ki şair narahat olma, Bizim qəbirimiz həmişə nurla dolacaq. Sən yaxşı insan ol daima şair, Gör hələ cənnət sənə qismət olacaq. **** Hamısı dediki bir çox rahatıq, Narahat olma millət var olsun. Şəhid olmağımız şərəfdir bizə, Ən əsas odur ki Vətən sağ olsun.
Şiir
Bir Payız SəhəriHasan Hüseynov · Star Çap Evi · 20211 okunma
·
78 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.