Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

244 syf.
10/10 puan verdi
Mett Heyq qorxuları olan adamdır. Depressiyada bir tərəfdən yaxasını buraxmır. İspaniyanın ən gözəl yerlərindən biri olan İbizada yaşayan Mett intiharın bir addımlığından qayıdır. O tək qalmaqdan, mağazaya tək getməkdən və adları qarışıq olduğundan dərmanlardan da qorxur. Bir sözlə bizim üçün adi olan şeylər onun gözünə əjdaha kimi görünür. Depressiya və narahatlıqla bağlı öz təcrübəsini paylaşan Mett özü kimi insanların düşdüyü vəziyyəti göstərir. Onun vəziyyətində olan insanların içini aydın görə bilirik. Beləliklə yaxınımızda depressiya və naratlıqdan əziyyət çəkən varsa və ya olarsa onunla düzgün davranacağıq. Allah göstərməsin özümüz bu mərəzə yaxalansaq artıq xəstəliyin aldadıcı xüsiyyyətə malik olduğunu bilirik - "bir daha heçnədən zövq ala bilməyəcəm" demək, düşünmək ağ yalandır. Bu kitab uzun müddət əvvəl türk dilində qarşıma çıxmışdı. Heç cür imkan edib ala bilmirdim. Libraff kitab evi son zamanlar baş verən intihar hadisələrinə görə kitabı pulsuz paylayanda əldə etdim və kitabları 30 dilə çevrilmiş, 2014 - cü ildə "İnsanlar" kitabı "Dünya Gecə Kitabı" mükafatına layiq görülmüş iki uşaq atası olan Mett Heyqi tanıdığıma şad oldum. Onun sonda oxucularına etdiyi kimi məndə bu gözəl kitabı yazdığı üçün əzimkar Mettə təşəkkür edir, hər bir layiqli kişiyə Mettinin həyat yoldaşı Andrea kimi qadın arzulayıram. Axı hər bir uğurlu kişinin arxasında bir qadın dayanır. Bu gözəl təşəbbüsə görə @teaspressaz və @libraff.az sizlərə sonsuz təşəkkürlərimi bildirirəm.
Sağ Qalmaq Üçün Səbəblər
Sağ Qalmaq Üçün SəbəblərMatt Haig · Teas Press · 20181,029 okunma
·
569 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.