Puan vermedi·464 syf.····Okunma: 01 Ağustos 2021 23:59 "Başa düşün, dil həqiqəti gizlədə bilər, göz isə heç vaxt! Fərz edək ki, sizə qəfil sual verirlər, sizin tükünüz də tərpənmir, bir anın içində özünüzü ələ alıb bilirsiniz ki, həqiqəti gizlətmək üçün nə demək lazımdır və inamla onu deyirsiniz, üzünüzün bir cizgisi də tərpənmir. Ancaq əfsuslar, sualın tərpətdiyi həqiqət bir anın içində ürəyinizin dərinliyindən gözünüzə sıçrayır və hər şey bitir. Yalanınızın üstü açılıb"...Yalanları kim danışır? Biz, ya bizi çirkin əməllərə sürükləyən iblis? Ədəbiyyatda iblis obrazına çoxsaylı əsərlər yazılıb. H.Cavidin İblisi və ya Hötenin şeytanla müqavilə bağlamış Faustunu oxuyanlar asanlıqla bu əsərlər arasında oxşarlığı tuta bilər. Bulqakov isə iblisi Voland cildinə saldı. Voland- Moskvaya insan cildində gəlmiş iblis şəhərdə aləmi bir-birinə vurdu, onun gəlişindən sonra müxtəlif müəmmalı hadisələr baş verdi. Volandın H.Cavidin İblis obrazından bir elə də fərqli yoxdur. Lakin Cavidin romantik İblisindən fərqli olaraq Voland daha realistdir. Müəmmalı Voland və onun qəribə komanda yoldaşları, gombul pişik və eynəkli əslində Sovet dövrünün tanınmış şəxsiyyətləridirlər. İnsanları günahlarına görə cəzalandıran və əfv edən Voland hər bir oxucuda fərqli təsəvvür formalaşdırır. Bəs əslində Voland kimdir? Voland Stalinin özüdür ki var! Yanındakı komanda dostları da, hər biri Stalinlə birgə xidmət etmiş digər vəzifəli şəxslərin protatipləridir... Bəli, az əvvəl nə dedim? Volandın cəzalandırdığı insanların hər birinin günahı var idi..Elə romanın əsas üstüörtülülüyü də məhz buradadır. İlkin təəssürat olaraq oxucuda yaranan fikir işini düzgün yerinə yetirməyən şəxslərin cəzalandırılmasıdır. Bəs ümumiyyətlə günahsız insan varmı? Qəddarlığına görə Volandı müsbət obraz saymaq olarmı? Burada müəllif əslində mövcud sistemi tənqid etmişdir. Bəs bütün günahların baiskarı kimdir? İblis, insan?..
İblis nədir?
– Cümlə xəyanətlərə bais..
Ya hər kəsə xain olan insan nədir?
– İblis..
P.S İllərdir araşdırılan mürəkkəb sujet xəttinə malik və sətiraltı mənalarla zəngin bu əsəri təhlil etmək üçün saatlarla müzakirə lazım olsa da, əsas qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdım. barədə ikinci paylaşım olacaq.