Bəzilərinizin çoxdandır gözlədiyi və elə həmin insanlar üçün maraqlı hesab etdiyim bir məsələni sizinlə bölüşmək istəyirəm.
İkinci kitabım bu yay işıq üzü görəcək.
Hələ Azərbaycanda olarkən yazdığım ilk kitabım "Halqa"nı 500 nüsxədə çıxarıb hamısını satmışdım.
Mövzu ölkə reallığı üçün çox həssas olduğuna görə çətinliklərlə üzləşmiş, bütün nəşriyyatlardan imtina cavabı almış və məcbur qalıb yeraltı mətbəələrin birində çap etdirmişdim.
Ölkədən çıxışıma da məhdudiyyət qoymuşdular, güc-bəla ilə götüzdürüb aradan çıxa bilmişdim.
Mövzu: ölkədəki sosial problemlər, ilahi ədalət, seçki saxtakarlığı, Azərbaycan insanının salındığı vəziyyət
Bilirəm ki, ikinci kitabımı da yenə ən azı iki yüz nəfər alıb oxuyacaq. Elə bu özü mənim üçün nəyə desən, dəyər.
İkinci kitabda birincidən fərqli olaraq, ölkəni tərk etdikdən sonra gördüklərim, düşündüklərim və hiss etdiklərimi yazmışam.
Budəfəki mövzu: Yadlıq və bu yadlığın insan xarakterini necə dəyişdirməsi, internet kimliyi ilə real insan arasındakı uçurum, azadlığı əldə etdikdən sonra yaranan mənəvi boşluq, insanın tək qalanda üzləşdiyi psixoloji dilemmalar.
Kimə maraqlıdırsa və alıb oxumaq istəyirsə, rəyə yazar.
Birinci kitabda etdiyimiz kimi, kart hesabı paylaşacam və kitabı almaq istəyənlər ödəniş edəcəklər. Yəni kitab özü özünü maliyyələşdirəcək.
P.S. Birinci kitabı ikinci nəşrdə tələbələrə pulsuz paylamışdıq. Yoldaşlardan biri əlli tələbənin kitab ödənişini etmişdi.
Bu kitab isə həm Azərbaycan, həm də Fransa oxucularına təqdim olunacaq. Ümid edirəm ki, uğur qazanacağıq. Dəstəyinizi gözləyəcəm. Hətta rəy yazıb paylaşmağınız və daha çox insanın qarşısına çıxmasına vasitəçilik etməyiniz də böyük köməkdir❤️