Ramazan Rizvan

Ramazan Rizvan
@Ramazan_Rizvan_
Ehtiyatda olan hüquqçu, azad yazıçı
Müstəqil yazıçı, rəssam, hüquqçu
hüquq
Bakı
Kürdəmir
116 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Həqiqət, yalan və seks
Puan vermedi·376 syf.··
2025 1. kitabı
·
40 günde okudu
·
Okunma: 23 Mart 2025 22:10
Yazıda spoyler yoxdur. Mənasız yol yoldaşı Əvvəlki yazılarımın birində qeyd etdiyim kimi, Qdansk soyuq, rütubətli və depressiv yerdir. Əgər siz hər gün on iki saat işləyirsinizsə, bu depressivliyin dozası daha da artır, pessimizm isə adamı udur. Sən mübarizə aparıb həmin pessimizm girdabından çıxmaq istəyirsən, amma hər cəhdində daha da batırsan. İnsan kimi qalmaq belə məqamlarda fövqəladə güc tələb edir. Bəs mən nə edirəm? İki saat sürən uzun yolda kitab oxuyur, işdə isə musiqi dinləyirəm. Çıxış yolu budur. Qulaqcıq və kitabı evdə unudanda isə sadəcə papağımı gözümə çəkib mürgü döyürəm. Axırıncı yol yoldaşım Qaraqanın "Art və Xaos" romanı idi. Hər gün bir az vərəqləyir, diqqətimi çəkən hissələrin altını xətləyir, başımı avtobusun soyuq şüşəsinə söykəyib fikrə gedirdim. Böyük həcmli olsa da, hər gün az-az oxuyub bitirə bildim. Kitabın tənqidinə keçməzdən qabaq istəyirəm Qaraqan barədə ötən paylaşdığım "Qaraqan niyə özünə hörmət etmir?" adlı tənqidi yazımın özünü tənqid edim. Əvvəla, həmin yazının adı yersiz radikal olub. İndi yazsam, başqa ad seçərdim, yəqin. Qaraqana qarşı isə ona görə tənqidi mövqedəyəm ki, onun dediyi hər söz, atdığı hər addım şəxsilik sərhədindən çoxdan çıxıb və onu sevən, ilahlaşdıran kütlənin düşüncələrinə və hərəkətlərinə istiqamət verir. Qaraqanın onu sevən gəncliyə vurduğu ən böyük zərbə etiraz duyğusunu onların normativləri ilə uyuşmayan şeylərə - əxlaqsızlığa, dinsizliyə, cəmiyyətin cahilliyinə və bu qəlibdən olan şeylərə yönləndirməsi idi. Sadaladıqlarımın içində mübarizə aparılmalı olan tək şey cəhalət olsa da, məncə, Qaraqan da cəhalətin nədən qaynaqlandığını çox gözəl bilir. Əxlaqsızlığa gəlincə, bu, geylərin, lezbianların efirlərə çıxması, fahişəliyin tüğyan etməsi, qeyrətin əldən getməsi yox, günahsız insanların işgəncələrə,
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019882 okunma
Reklam
Puan vermedi·142 syf.··
2024 16. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Ağustos 2024 14:35
"Halqa"da tragikomik hissə var. Deməli, seçki günüdür və məntəqədə ara qarışıb, məzhəb itib. Qutuları mühasirəyə almış qadınlardan, tum çırtlaya-çırtlaya qeybət edən, topa bülletenləri sakitcə qutuya ötürən müəllimlərdən tutmuş gəlib-gedənə nəzarət edən polisə kimi, hərə öz kefindədir. Elə bu əsnada içəri cavan oğlan girir və kamerasını işə salıb çəkməyə başlayır. Bu gözlənilməz qonaq hər kəsi çaşbaş salır. Hamı əl-ayağa düşür. O saat iki nəfər qoluzorlu kişi peyda olub gənci təpiyinin altına salır. Burnunun qanı ağzının qanına qarışana qədər kötəkləyirlər. Gənc huşunu itirəndə isə yaxasını buraxırlar. O, yerdə sərili halda qalır və heç kəs də ona fikir vermir. İnsanlar sıra ilə üstündən hoppanıb kabinələrə girirlər və səslərini verib çıxırlar, eyni qaydada, üstündən keçib məntəqəni tərk edirlər. Hələ bu azmış kimi, məntəqə sədri də gəncin üstünə çıxır ki, içərini daha yaxşı görə bilsin. Xüsusən son günlərdə baş verənlər aşağı-yuxarı bu səhnədəkilərə bənzəyir. Elə bil, belə də olmalı imiş kimi, əzilmiş, döyülmüş, alçaldılmış, hər şeyi əlindən alınmış adamların üstündən sıra ilə hoppanıb həyatımıza davam edirik və onlara heç fikir də vermirik. Yəqin, elə həqiqətən də, belə də olmalı imiş. Nə bilmək olar?!
HalqaRamazan Rizvan · Owl Neşriyat · 202436 okunma
Puan vermedi
Keçmişin ictimai quruluşu 3 dayaq üzərində dayanırdı: ruhani, hökmdar, cəllad... əsrlər öncə insanlar sorğulamağa başladı, buna görə də bir səs ucaldı: "Allahlar gedirlər!" Yaxın zamanda insanlar öz dəyərlərini tam mənası ilə anladı, heç kim tərəfindən kölə halına salına bilməyəcəyini dərk etdi. Buna görə də başqa səs gəldi: "Krallar gedirlər!" Artıq üçüncü səsin eşidilməli olduğu vaxtdır: "Cəlladlar gedirlər!" Beləcə köhnə quruluş kərpic-kərpic dağılacaq. Cəlladlar gedəcək, onların izi-tozu belə qalmayacaq... Bəlkə də ən uzun ön sözü olan bu kitabda müəllif edam cəzası barədə düşüncələrini elə ən gözəl şəkildə burada ifadə edib. Fransada edam cəzasına məhkum edilən cinayətkarın ölümə qədər keçirdiyi daxili sarsıntıları, özü ilə baş-başa qalarkən keçirdiyi hislər fonunda sosial ədalətsizliyi, özlərinin xalqın qanına susamış qatı cinayətkar olduqları halda kasıb, aşağı təbəqənin nümayəndələrini istədiyi yerdə, hətta gizlicə edam edən rejimin riyakarlığı göstərilib. "Edam cəzası ibrət xarakteri daşıyır" söyləyənlər edamı bəzən dan yeri söküləndə, xəlvəti məkanda etmələri ilə öz dediklərini inkar edirlər. Ölüm cəzası artıq cəmiyyətə dərs vermirdi, cəlladların şəxsi maraqlarına xidmət edirdi... Ölkəmizdə ölüm cəzası ləğv olunsa da, müxtəlif cinayətlər üçün bu cəzanın yenidən qaytarılması təklif olunur. Amma bu təklifi edənlər düşünmürlər ki, ölüm cəzası leqallaşarsa, nələrə yol aça bilər.. İnsan mahiyyət etibarilə olduqca maraqlı, mürəkkəb varlıqdır. Onun hər şeyini əlindən almaq olar, amma ümidlərini, arzularını əsla.. Edam qurğusunun kandarında belə "Məni əfv edəcəklər. Başqa cür ola bilməz" deyə düşünüb hələ də ümid edən məhkumun timsalında bunu görürük. Sonunda hər birimiz qeyri-müəyyən müddətə ölümə məhkum olunmuşuq. Amma dəqiq ölüm vaxtını bilən insan o ana qədər
Bir İdam Mahkumunun Son GünüVictor Hugo · Cem Yayınevi · 2016152,6bin okunma
Puan vermedi
Bəzən distopik əsərlərin rolunu küçümsəyirlər, distopik ədəbiyyatın faydalı olmadığı barədə fikirlər irəli sürürlər. Amma unutmamaq lazımdır ki, distopiyalar tamamilə reallaşa biləndirlər. Həyat distopiyalara doğru hərəkət edir və ola bilər intelegensiya və mədəni təbəqənin qarşısında distopiyalardan qaçmaq, daha az "mükəmməl", daha çox azad cəmiyyətə qayıtmaq üçün arzular və xəyallardan ibarət olacaq yeni yüzillik yaranacaq.(Berdyayev) Bəhs edəcəyimiz roman "Cəsur Yeni Dünya"dır. 20-ci əsrin ən konseptual antiutopiyası sayılan əsərdə müəllif bir sıra problemlərə, həmçinin cəmiyyət və insan hüquqları məsələsinə toxunub. İnsanlar istənilən sayda və şəkildə istehsal olunur, gələcəkdə nələr edəcək, nə düşünəcək, nəyi bəyənəcək, nəyə qarşı güclü olacaq, bir sözlə, insanı təşkil edən bütün ünsürlər, hiss və duyğular, insanı insan edən amillər doğuşdan ayarlanır. Müəllif insanların belə formalaşdığı cəmiyyətdə azadlıq anlayışını bu cümlələrdə verir: " Azadlıq xoşbəxt olmaq haqqını istəməkdir. Bizim cəmiyyətdə buna ehtiyac yoxdur. Çünki hamı xoşbəxtdir.." Həqiqətən də, insanlara bir an belə kədərli olmasın deyə, xoşbəxtliyi qalıcı etmək üçün "soma" adlanan dərmanlar verilir. Bu dərmanı qəbul edənlər kədərdən, qüssədən uzaq olur. Bu cəmiyyətdə ailə bağları deyilən şey yoxdur, sanki fəlsəfə, incəsənət kimi anlayışlar heç mövcud olmayıb. Bunlara azadlığı, xoşbəxtliyi aradan qaldıran amillər kimi baxılır. Məsələn, düşünürlər ki, ailə azadlığı əldən alır, asılı hala salır. Maraqlıdır ki, demokratik əsaslara malikmiş kimi görünən bu cəmiyyət müasirlik, texnologiya, birbaşa demokratiya adı altında sırınan totalitarizmi təbliğ edərək insan cəmiyyətini mexanikiləşdirib, öz istəyinə uyğun şəkilə salıb. Romanda gələcəyin totalitarizmindən işarələri görə bilərik. Yeni totalitarizm
Cesur Yeni DünyaAldous Huxley · İthaki Yayınları · 202173,2bin okunma
Puan vermedi
Keçmişin ictimai quruluşu 3 dayaq üzərində dayanırdı: ruhani, hökmdar, cəllad... əsrlər öncə insanlar sorğulamağa başladı, buna görə də bir səs ucaldı: "Allahlar gedirlər!" Yaxın zamanda insanlar öz dəyərlərini tam mənası ilə anladı, heç kim tərəfindən kölə halına salına bilməyəcəyini dərk etdi. Buna görə də başqa səs gəldi: "Krallar gedirlər!" Artıq üçüncü səsin eşidilməli olduğu vaxtdır: "Cəlladlar gedirlər!" Beləcə köhnə quruluş kərpic-kərpic dağılacaq. Cəlladlar gedəcək, onların izi-tozu belə qalmayacaq... Bəlkə də ən uzun ön sözü olan bu kitabda müəllif edam cəzası barədə düşüncələrini elə ən gözəl şəkildə burada ifadə edib. Fransada edam cəzasına məhkum edilən cinayətkarın ölümə qədər keçirdiyi daxili sarsıntıları, özü ilə baş-başa qalarkən keçirdiyi hislər fonunda sosial ədalətsizliyi, özlərinin xalqın qanına susamış qatı cinayətkar olduqları halda kasıb, aşağı təbəqənin nümayəndələrini istədiyi yerdə, hətta gizlicə edam edən rejimin riyakarlığı göstərilib. "Edam cəzası ibrət xarakteri daşıyır" söyləyənlər edamı bəzən dan yeri söküləndə, xəlvəti məkanda etmələri ilə öz dediklərini inkar edirlər. Ölüm cəzası artıq cəmiyyətə dərs vermirdi, cəlladların şəxsi maraqlarına xidmət edirdi... Ölkəmizdə ölüm cəzası ləğv olunsa da, müxtəlif cinayətlər üçün bu cəzanın yenidən qaytarılması təklif olunur. Amma bu təklifi edənlər düşünmürlər ki, ölüm cəzası leqallaşarsa, nələrə yol aça bilər.. İnsan mahiyyət etibarilə olduqca maraqlı, mürəkkəb varlıqdır. Onun hər şeyini əlindən almaq olar, amma ümidlərini, arzularını əsla.. Edam qurğusunun kandarında belə "Məni əfv edəcəklər. Başqa cür ola bilməz" deyə düşünüb hələ də ümid edən məhkumun timsalında bunu görürük. Sonunda hər birimiz qeyri-müəyyən müddətə ölümə məhkum olunmuşuq. Amma dəqiq ölüm vaxtını bilən insan o ana qədər
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2026152,6bin okunma
Reklam