Deməli belə: "Halqa" - çağdaş yerli ədəbiyyatdan oxuduğum qısa, amma özündə bir dərinlik daşıyan kitab.
Bəzilərinə görə siyasi mahiyyət daşıyan və siyasi məqsədlər güdən, bədii-siyasi kitablar ciddi sayılmamalıdır. Ola bilər, onda gərək "1984" romanı da ciddi hesab edilməsin (yeri gəlmişkən, belə düşünənlər və hətta onun əsər olmadığını müdafiə edənlər də var)...
"Halqa" Azərbaycan cəmiyyətinin sosial-siyasi problemlərini ələ alan nəhəng əsərdir. Kitabdakı kiçik hekayələrdə böyük cəsarətin və ümidin gizləndiyini azca təcrübəli olan bütün oxucular görə, sezə bilər. "Halqa" roman deyil, sadəcə hekayələr toplusudur. Hər bir hekayənin ortaq yanı dili boğazında düyünlənmiş cəmiyyətdə baş verənlərin çeşidli mistik-qarışıq ssenariləri ilə oxucunu düşündürməsidir.
3 hekayə var. Hər hekayə bir ideyaya xidmət edir, baxmayaraq ki, hər biri bəşəri, cahanşümul xarakter daşıyır (öz lokallığını qoruyaraq). Əsər(lər)in mövzusundan danışaq.
Sonuncu hekayə xaric, digər ilk iki hekayə distopiya-zad deyil, gerçəklikdir; mistisizmlə gerçəkliyin iç-içə keçdiyi reallıqdır. Birinci hekayədə (hissədə) hüquq-mühafizə orqanlarındakı məmur özbaşınalığını görürürük. İkincidə seçki müşahidəsi zamanı saxtakarlıqları, üçüncü distopik hekayədə isə gələcəkdəki potensial aqibəti, boynu halqalı xalqı görürük. Şübhəsiz, qısa hekayələr olduğundan hər biri haqqında, mövzuları haqqında yazmaq çətindir - ən azından bu məndə belədir. Ən yaxşısı, şans verib oxumaq lazım. Yalan deməyəcəm: yüksək gözləntim yox idi, amma gözləntimi dəfaətlə aşdı... mövzular çox qəşəng, yerli-yerində işlənmişdi; hər hekayənin sonluğu faciə ilə yox, mistik ürəkaçanlıqla bitməsi mənimçün sözün əsl mənasından qəribə bir təcrübə oldu. Yox, yəni sonu "yaxşı" bitən çox hekayə və s. oxumuşam, fəqət sonu "mistik nikbinlik" ilə qurtaran