"Halga"nın Türkçeye çevirisi tamamlanmak üzere. Türkçe metinler konusunda tecrübeli, bu işi düzgün bir şekilde halledebilecek editör arıyoruz.
HalqaRamazan Rizvan
Bir yoldaş var, kitabımı oxuduqca altını xətlədiyi sözləri çəkib atır ki, bu nə deməkdir? Atdıqları arasında "tıncıxmaq", "qımışmaq", "kəsif", "kəfkir", "hənirti" kimi sözlər var ki, əvvəllər də mənasını soruşanlar olmuşdu.
Ya mən kitabı azərbaycanca yazmamışam, ya da...
Halqa
Mən tanınmış yazıçı deyiləm. Ümumiyyətlə, yazıçıyammı, bunun da cavabı tam olaraq "hə" deyil. Heç bir reklamım yox, cəmi bir kitabım çıxıb, onu da nə mağazalarda, nə də sərgilərdə görmək mümkün oldu.
Əlqərəz, bu gün daha on nəfər kitabımı aldı. Kiçik və primitiv şey kimi görünsə də, mənim üçün bunun dəyəri ölçüyə gəlməz.
Adicə bir nəfər kitab üçün yazanda elə bilirəm, həmin adamı qazandım. Elə bilirəm, mən öləndən sonra arxamca rəhmət oxuyanların sayı bir nəfər də çoxaldı. Kitabın yazılma məqsədi də gələcəyə hesablanmışdı onsuz. Cildində qeyd etdiyim kimi,
"Yüz il sonra azad dünyanın insanları oxuyub bizim nələr yaşadığımızı iliklərinə qədər hiss etsinlər deyə yazılıb" Halqa
1000kitap platforması hər il yeni yazarların reytinq cədvəlini çıxarır. Maraqlı cədvəldir. Baxmayaraq ki, azı yüz əlli nəfərin kitabı oxuyub bitirdiyi məlumunuzdur, amma çox az adam bu platformanı işlədir deyə yeddi oxucu qeyd edib və 45-ci yerdə qərarlaşmışam.
Əhəmiyyəti nədir deyə soruşsanız, insanlar nə oxuyacaqlarına əsasən digərlərinin zövqünə görə qərar verir. Yəni cədvəldə üst pillələrə qalxmaq bizim xeyrimizədir. Yükləyin proqramı, qeydiyyatdan keçin, oxuyan kitabı platformaya əlavə etsin, oxumayan da yazsın, kitabla təmin edək:)
HalqaRamazan Rizvan