·568 syf.··Beğendi
···Okunma: 29 Temmuz 2021 22:00 "Yer üzünün hər hansı bir yerində bir insan ölərsə, sənin də bir parçan ölər onunla birlikdə. Ona görə də soruşma. Bir kilsə zəngi səslənəndə bil ki, o zəng sənin üçün çalır..."
(Əvvəllər kilsələrdəki zənglər xaç suyuna salınma, nikah, ölüm hadisələrini və müharibədə zəfər qazanmaq kimi gərəkli xəbərlərin çatdırılmasında istifadə edilirdi.)
Kitabda İspaniya Vətəndaş Müharibəsi dövründə Respublikaçı partizan dəstəsinə bağlı olan Amerikalı könüllü bir gənc - Robert Cordanın 4 günlük hekayəsindən bəhs olunur. Yazıçının müharibədə iştirak edib müharibə dəhşətlərini yaxından görməsi əsərin daha real yazılmasına səbəb olub. İspaniyadakı vətəndaş müharibəsi yazıçı Heminqueyin həyatında dərin izlər qoyur. O, hərbi jurnalist kimi iç savaşın ən qaynar nöqtələrində olur, insan qəhrəmanlığının və хəyanətinin dəhşətli səhnələrini müşahidə edir. "Əcəl zəngi" romanı da məhz bu bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıхır.
Romanda həm də Robert Cordan və dağ partizanlarının dəstəsindən olan Mariyanın saf, ülvi sevgisi parlaq boyalarla əks etdirilmişdir.
Kitab olduqca təsirlidir. Müharibə mövzusunda yazılmış ən mükəmməl əsərlərdən biri hesab olunur. Bəzi hissələrdəki yersiz uzatmaları oxuyarkən sıxıldım. Onun xaricində çox gözəl idi.