Cəmiyyətimizi əsir alan "din"
9/10
·77 syf.··
Beğendi
·
2021 42. kitabı
Dünya yaranandan bəri insanlar dinləri və inanclarını daim yaşatmaq üçün mübarizə aparıblar.Tarixə baxsaq,görərik ki,əslində,din heç vaxt dinsizliklə mübarizə aparmayıb.Bir din həmişə bir başqa dinlə mübarizə aparıb.Burda söhbət təkcə İslam dini və hər hansı bir dindən getmir,bütün dinlərin bir-birilə olan mübarizəsindən gedir.Əslində,yanlış bir dinə sahib olmaq dinsiz olmaq anlamına gəlmir.Müşriklər,şirk,tağut kimi sözlərin mənası da "dinsizlik" mənasını vermir.Məsələn,müşriklər, tanrıya inanmayanlar deyil,birdən çox tanrıya inananlara deyilir.Şirk özü də bir dindir,hətta insanlığın tanıyıb-tanımayacağı çox qədim bir dindir.Tağut sözünün mənası isə zorla və ya istəyə bağlı olaraq nəyəsə itaət və ibadət etmək deməkdir.Əli-Şəriəti bu əsərində bizə bütün bunların mənasını açır və hər şeyi çox açıqlayıcı bir şəkildə izah edir.Kitabı oxuyub bitirəndən sonra gördüm ki,əslində,hal-hazırda yaşadığımız dövrdə də,insanların tövhid dini sandıqları,amma şirk dini olan bir dinləri var.Şirk dini çox təhlükəli bir dindir.Onun məqsədi insanları siniflərə ayırmaq,insanların iradələrini əllərindən almaq,onları qorxutmaq,eyni zamanda önlərinə qoyulan hər şeyə susmaqlarına məcbur edən bir dindir.Belə deyim ki,hal-hazırda yaşadığımız bu dövrdə bunun açıq-aydın nümunəsini görə bilərik.Məsələn,"əgər kasıbsınızsa,dözün,oturun və dua edin,Allah axirətdə sizə rəhm edəcək",ya da "sizə gələn bütün müsibətlərin bir səbəbi var,Yaradan sizi sınayır,sizin üçün cənnəttə süfrələr açılacaq" kimi sözlərlə,eyni zamanda insanları elmdən,fəlsəfədən və digər bacarıqlarından məhrum etməklə,onları körəltməklə dindarlar bir idarə sistemi yaratmaq istəyirlər.İnsanlara dünya malından uzaqlaşmağı məsləhət görürlər,çünki insanların mal-mülk istəməsi çoxlarına sərf etmir.Həmçinin insan nə qədər savadsız və özünə inanmayan olarsa,o qədər baş qaldırıb ətrafındakıları görmək ehtimalı azalar.Bildirmək istəyirəm ki,bizim cəmiyyətimizin yaşadığı dinlə,Allahın bizim üçün göndərdiyi din çox ayrı dinlərdir.Şübhəniz olmasın ki,hal-hazırda cəmiyyətimiz şirk dininin əsiridir.
Dine Karşı DinAli Şeriati · Fecr Yayınevi · 20134,559 okunma
·
1.062 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Mükəmməl .Əsl din və təhrif olunmuş din arasında olan fərqin görünməsi 👍