Gönderi

256 syf.
10/10 puan verdi
·
Read in 10 days
II
Bu kitabı ilk dəfə təqribən bir il öncə oxumuşdum. Şəxsi inkişaf kitabları maraqlı gəlməsə də, 2-3 ədəd kitab (
Bilinçaltının Gücü
Bilinçaltının Gücü
vs.) var ki, onları oxumağı düşünürdüm. Əslində,
The Secret - Sır
The Secret - Sır
kitabını oxumağa başlayıb, heç sevməyib yarıda saxladıqdan sonra bu kitabı almaqdan qorxurdum. Amma satıcı tövsiyəsi ilə almağa qərar verdim. Öncəliklə, onu deyim ki, əgər bir kitabı oxuyub, orada yazılanları insan öz üzərində təcrübə edə bilmirsə, bacarmırsa, bu o demək deyil ki, şəxsi inkişaf kitabları “boş”dur. Doğrudur, həqiqətən, “boş” olan kitablar var. Bir də üst-üstə çoxlu belə kitab oxuduqda, sözsüz ki, bezdirici gələ bilər və mənasız. Kitabın mövzusu, adından da göründüyü kimi, “indi”nin üzərində qurulub. İlk oxuduqda kitabı anlasam da, bu dəfə daha yaxşı anladım. Kitab 10 fəsildən ibarətdir, ilk fəsillər çox axıcı idi, amma normal olaraq sona yaxınlaşdıqca bir az sıxıla bilirik. Ən sevdiyim fəsil 7-ci fəsil ( məkan və zamanla bağlı) idi. Sevmədiyim fəsil isə 8-ci idi. Burada da münasibətlər barədə danışılırdı. Daha ətraflı yazmayacağam. Bir müddət sonra yenidən oxumağı düşünürəm, amma bu dəfə kitabı sondan əvvələ doğru oxuyacağam. :) Tövsiyəm isə, tələsmədən oxuyun. Mən bəzən bir günə iki fəsil oxuyurdum, amma siz belə etməyin. :d
İndinin Gücü
İndinin GücüEckhart Tolle · Qanun Nəşriyyatı · 20198 okunma
·
1,574 views
Nurlan okurunun profil resmi
Yazıçının alman olduğunu yeni öyrəndim. Deməli, buna görə, bu yazıçını və kitabını çox sevirmişəm. :d
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.