Gönderi

264 syf.
·
Puan vermedi
·
Beğendi
Mənim kimi uzun müddət mütaliədən uzaq düşmüş adam üçün Nitsşe,Dostoyevski,Kamyunu və s. həzm etmək çətin olardı. Bu fikrim Ceyn Ostin yaradıcılığına kölgə salmamalıdır. Bu, xanım Ostinin qələminin axıcı,dilinin rəvan və yüngüllüyü,hadisələrin ürəkoxşayan bir dillə təqdim olunması kimi anlaşılmalıdır. "Təhrik" nə qədər yazıçının digər romanlarına bənzəsə də,tam yeni bir fikir,ideya ortaya qoyur. İnsanların şöhrətpərəstliyi,xudpəsəndliyinə rastladıqca bu boyda zaman və məkan fərqinə baxmayaraq öz cəmiyyətimizdə də paralellik görürük. Yazıçı ailə qarşınında borc, zadəgan nəslinin tələblərinin insan səadətinə mane olmaması fikrini irəli sürür,nəcibliyi,sadəliyi,sədaqəti və məhəbbətin gücünü təbliğ edir... Ceyn Ostinin hələ də sevirlərək oxunması bu mənada təəccüblə qarşılanmamalıdır...
İkna
İknaJane Austen · Kırmızı Kedi Yayınevi · 20192,763 okunma
·
401 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.