Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
9/10 puan verdi
·
3 günde okudu
Gitme. Bırakma beni. Onlara sahip olduğum zaman geri dönecek misin? Neye? En mavi gözlere. O zaman geri dönecek misin? Döneceğim kuşkusuz. Yalnız kısa bir süre için gidiyorum. Söz mü? Kuşkusuz. Geri geleceğim. Tam gözlerinin karşısına. Yəqinki birçoxlarınız bu kitabı tanıyırsız və ya oxumusuz. Mən bu kitabı araşdıranda ən çox diqqətimi çəkən ad olmuşdu-Ən mavi göz. Hadisələr irqçiliyin tüğyan etdiyi,zəncilərin kölə,bəyazların isə ağa olaraq görüldüyü,zəncilərin kitabda da oxuduğumuz kimi ancaq bəyazların evində xidmətçi kimi işlədiyi bir dövrün Amerikasında baş verir. Və biz bu hadisələrin içində balaca,çirkin zənci qızı görürük:bu Pecoladır. Pecolanın ən böyük arzusu mavi gözlərə sahib olmaqdır,dünyadakı ən mavi gözə. O düşünür ki,o gözlərə sahib olduqda həyatında hərşey düzələcək,atası daha içməyəcək,qardaşı artıq daha çox evə gələcək. Başına gələn bütün pis hadisələri bununla əlaqələndirən balaca qızcığaz hərgün Tanrıya ona dünyadakı hərkəsdən daha mavi göz bəxş etməsi üçün dua edir və bunun olacağına bütün qəlbi ilə inanır. Əsərdə yazıçı Pecolanın simasında qaradərili insanların yaşayış tərzini,bəyazlarla olan münasibətlərini ələ alaraq dövrün bütün çirkinliklərini gün üzünə çıxarır. Hadisələri Pecolanın dostu Claudianın gözündən,onun baxış tərzi ilə izləsək də yazıçı hər bir personaja müxtəlif bölümlərdə ayrı yer vermişdir. Və kitabın sonuna doğru fərqinə vardığım bölüm adları mənə çox qəribə hisslər yaşatdı. Məncə hərkəsin oxuması vacib kitablardandır,oxucunu yormadan bəsitlikdən uzaq bu kitab mənim yaddaşımda uzun illər qalacaqdır. Yəqin ki,biraz daha danışsam spoiler vermiş olacağam. Oxuyun,oxutdurun.
En Mavi Göz
En Mavi GözToni Morrison · Can Yayınları · 20121,993 okunma
·
380 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.