Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

101 syf.
9/10 puan verdi
·
7 saatte okudu
Kafka, sənə heyranam!
Yəqin ki, hər kitabsevərin heyran olduğu bir yazar var. Məndə Kafka'nın özünəməxsus üslubuna, yaradıcılığına heyranam. Baxmayaraq ki, Kafka başa düşülməsi ən çətin yazarlardan biri hesab edilir, ancaq mən onun yazdıqlarında özümü tapıram. Kafka'ya olan heyranlığım "Babaya mektup" əsəri ilə başlamışdı, bu əsəri oxuduqdan sonra mən sevimli yazıçımı tapdığıma əmin oldum, bundan sonra da bütün kitablarını oxumağı düşünürəm. Fikrimcə, Kafka əsərlərini ardıcıllıqla oxumaq, onu daha yaxşı başa düşməyimizə kömək edəcək. Məndə bu ardıcıllığı pozmadım və "Babaya mektup" dan sonra "Ceza sömürgesi" kitabını oxudum. "Ceza sömürgesi" 4 qısa hekayədən ibarətdi: 1.Ceza Sömürgesi 2. Yasanın Önünde 3. Açlık Cambazı 4. Hüküm Bu qısa ancaq dərin mənalı hekayələrin dördünün də ortaq cəhəti bu idi ki, biz özümüzü hər dörd hekayədə əvvəlcədən baş vermiş hadisələrin ortasında tapırıq. Bizim üçün yazar hadisələrin başlanğıcını göstərmir, buda Kafka yaradıcılığına xas olan bir xüsusiyyətdir.  "Ceza sömürgesi" hekəyəsində başlıca mövzu cinayət və cəzadır. Bu hekayə bizə ədaləti sorğuladır və yazar ədalətli olanı seçməyi bizim öz öhdəmizə buraxır. Sizcə hər cinayətin bir cəzası olmalıdırmı? İkinci hekayə "Yasanın önünde" adlanır. Bu hekayə bir insanın öz mənliyi ilə olan mübahisəni göstərir. Yazar bəzən içimizdə öz-özümüzlə etdiyimiz mübahisələri, içimizdə açılan sonsuz qapıları, çıxmaz yolları, imkansızlığı göstərir bizə. Ümumiyyətlə, Kafka'nın bütün əsərlərində biz bu çıxmazlığı, bu xaosu, bu imkansızlığı görürük. "Açlık cambazı" hekəyəsini daha çox bəyəndim, bu hekayədə başlıca mövzu insan azadlığıdı. Açlık cambazı ac qalaraq öz azadlığını bütün insanlara göstərmək istəyirdi. Onun aclığı onun azadlığı idi, o bu yolla azad ola bilirdi və bunu bütün insanların görməsini istəyirdi. İnsanlar isə bu azadlığa görməyə o qədər də maraqlı deyildilər, hətta insanlar qəfəsdəki heyvanlara baxmağa, azad bir insana baxmaqdan daha çox üstünlük verirdilər. "Çünkü tadı hoşuma gidecek yiyeceği bulamadım. Bulmuş olsaydım, inan bana, ortalığı yaygaraya vermez, sen ve herkes gibi tıka basa yerdim." "Hüküm" hekayəsində biz yenə bir ata obrazı ilə qarşılaşırıq. "Babaya mektup" əsərində olduğu kimi ata-oğul münasibəti bizə əzən-əzilən, güclü-gücsüz münasibəti kimi göstərilir. Xoş mütaliələr! Hər zaman faydalı və oxunmağa dəyər kitablarla qalın!
Ceza Sömürgesi
Ceza SömürgesiFranz Kafka · Kırmızı Kedi Yayınları · 20188,5bin okunma
·
4.179 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
Kafkani mende sevirem.ama favori yazarim Zweigimmmmm dii)gozel inceleme ucun tesekkur edirem
Sənan Ali okurunun profil resmi
60 səh.lik bir kitab ancaq bu qədər qəşəng incələnə bilərdi. Sənədə xoş mütaliələr.
Mehriban Mehdiyeva okurunun profil resmi
Super yazmısan😍Çox detaylıdır.Kafkanı çox adam başa düşmür,amma incələməni oxuyan məsələnin nə yerdə olduğunu rahatlıqla anlayacaq və sıra ilə başlayacaq oxumağa.Bu arada hər cinayətin bir cəzası olmalı deyil.🥰Bəzən günahın ən böyüyü öldürüləndə olur.
Samed Aliyev okurunun profil resmi
Əllərinə sağlıq 💞
S.C okurunun profil resmi
Kaleminize sağlık incelemenizi keyifle okudum. Kafka üstadların büyüğüdür. Size katılıyorum.
Nurlana İsmayılova okurunun profil resmi
Çok teşekkür ederim.🌸
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.