Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
8/10 puan verdi
·
Beğendi
Kitab sadəcə Franz Kafkanın gözündən atasının təsviri idi. Onun davranışları, həyatında iz qoyan sözləri. Belə deyim, atası ilə münasibətdə normal olan biri bu kitabı oxuduqda, Franz Kafkanın sadəcə atasına bəslədiyi kini görəcək və hətta ataya haqq verəcək. Əslində olan isə, Franz aldığı yanlış tərbiyənin qurbanıdır, ömrünün sonun kimi özünənifrət, özgüvənsizlik, acizlik qorxusu ilə yaşayıb, bu səbəbdir ki, xəstəlik tapır və həyatını 40 yaşında itirir. Bizə ailələrimiz tərəfindən verilən yanlış tərbiyə yaşımızdan asılı olmayaraq ömrümüzün sonunadək travma olaraq qalır. Bəzi məqamlarda o atasının sevgisini bəlli etməyən, hər kəsə belə davrandığını vurğulayır ancaq bunun bir önəmi yoxdur, çünki onunla eyni evdə hər gün keçirən Franz idi. Bilmirəm, bu kitabı oxumağa məni nə sövq etdi ancaq yaxşı ki oxudum, hətta anlıq olaraq atamın da Kafkalar nəslindən olduğuna şübhə etdim xD.. Mənim atama “bəslədiyim hörmətin” kölgəsində yatan və heç vaxt özümə etiraf edə bilmədiyim (qorxu, zəiflik, acizlik, susqunluq, özgüvənsizlik) bütün duyğuların və davranışların yazılı forması idi bu.. Kim bilir bəlkə bir gün mənim də “Atama məktub”- deyə bir kitabım dərc olundu.. ancaq ümid edirəm ki, o məktubu oxuyacaq qədər mənə dəyər vermiş olarsan, Ata.
Atama Məktub
Atama MəktubFranz Kafka · Qanun Nəşriyyatı · 202040,7bin okunma
·
127 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.