10/10
·272 syf.··
Beğendi
·
2021 20. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Ağustos 2021 18:47
Adi bir sevgi romanından daha artığı... Kəlimələr yetməz bu kitabın incelemesine. Hardan başlayım, necə davam edim bilmirəm, beynimin içi çox dumanlı. Bir insan, insanların ən dərin düşüncə və duyğularına necə bu qədər hakim ola bilər axı? Elə bir dövrdə belə bir dahi şəxsiyyətin öldürülməsi təsadüfi deyilmiş.. Məzmununa girmədən sadəcə düşüncələrimi yazmaq istəyirəm. İlk öncə əsəri təşkil edən sevgi hissəsindən başlayım. Kitab insan duyğularının ən dərin incəliklərinə qədər toxunub. İlk baxışda sevgi, sevgi üçün edilənlər, iradəsizlik, keçici həvəs, müvəqqəti xoşbəxt hiss etdirən duyğular, qısqanclıq, tərəflər arasında dəyişim, yadlaşma, susqunluq, fədakarlıq, səbəbini bilmədən sevmək və hal hazırda xatırlaya bilmədiyim onca incəliklər. Bütün bunların izahı, bütün bunların yaşamı, təsirləri, hamısı indiki həyatlarda da tam tamına köçürülmüş kimi yaşanır. İndi bir az içimizdəki şeytan'dan bəhs etmək istəyərdim, amma həqiqətən necə təsvir edəcəyimi bilmirəm. Ona görə Ömer adlı obrazın üzərində göstərilən bu ifadəni elə onun dilindən bura buraxıram: "İsteyip istemediğimi doğru dürüst bilmediğim, fakat neticesi aleyhime çıkarsa istemediğimi iddia ettiğim bu nevi söz ve fiillerimin daimi bir mesulünü bulmuştum: Buna içimdeki şeytan diyordum; müdaafasını üzerime almaktan korktuğum bütün hareketlerimi ona yüklüyor ve kendi suratıma tüküreceğim yerde, haksızlığa, tesadüfün cilvesine uğramış bir mazlum gibi nefsimi şefkat ve ihtimama layık görüyordum. Halbuki ne şeytanı azizim, ne şeytanı? Bu bizim gururumuzun, salaklığımızın uydurması... İçimizdeki şeytan pek de kurnazca olmayan bir kaçamak yolu... İçimizde şeytan yok... İçimizde aciz var... Tembellik var... İradesizlik, bilgisizlik ve bunların hepsinden daha korkunç bir şey, hakikatlardan kaçmak itiyadı var... Hiç bir şey üzerinde düşünmeye, hatta bir parçacık durmaya alışmayan gevşek beyinlerimizle, kullanmaya lüzum görmeyerek nihayet zamanla kaybettiğimiz biçare irademizle hayatta dümensiz bir sandal gibi dört tarafa savruluyor ve devrildiğimiz zaman kabahati meçhul kuvvetlerde, insan iradesinin üstündeki tesirlerde arıyoruz..." Uğrunda yaşaya biləcəyi yeganə insana layiq olmaq üçün içindəki şeytanla mübarizə aparan Ömer'dən başqa bir də Bedri var. İçində şeytan olmayan və ya heç bir zaman içindəki şeytanın baş qaldırmasına icazə verməyən bir Bedri. Sevdiyi təqdirdə bütün fədakarlığını ortaya qoyan, içində ancaq xoş şeylər bəsləyən Bedri. Bu obraz mənə Victor Hugo'nun Paris notr-dam kilsəsi əsərindəki Kvazimodo'nu xatırladır. Şəxsiyyətlərinə, hərəkətlərinə, düşüncələrinə və iç dünyalarına heyran qaldığım obrazlar. Amma fikrimcə bir insan bu qədər yaxşı ola bilməz. Yəni bu obrazlar bir roman'dan gerçək dünyaya keçid edə bilməz. Fikrimcə yaxşı insan bütün fədakarlığını ortaya qoyan insandır kii, məncə belə biri mövcud ola bilməz. Çünki hər bir kəsin içində o "şeytan" var. Və insanlar o şeytanla mübarizə aparmağı bacaran və bacarmayanlar olaraq iki yerə bölünür. Əslinə qalsa kimsə Ömer kimi də dərin, içini görə bilən də ola bilməz. Burdan da bu qənaətə gəlirik ki, yazıçı bütün obrazların hissələrinin birləşməsinin tamamında bir insanı təsvir edir. Ömerin dərinliyi, Bedrinin fədakarlığı, Macidenin saflığı, Nihatın pis əməl və düşüncələri, Emine teyzenin kini, Galip amcanın səmimi iyrəncliyi, Professor Hikmetin cəfəng dolu bilgisi ardında yatanlar, Şair İsmet Şerifin iç üzüylə göstərdiyi üz arasında olan fərqlər hamısı miqdarından asılı olaraq bütün insanları təşkil edir. Əsərin başından Ömer'in hərəkətləri ilə düşüncələri maraqlı gəlirdi. Ona görə onu xüsusi bir müşahidə elədim. Əsərin bir yerində deyir ki: "yoldan geçen her kesi kucaklayasım geliyor." Ayrı yerdə də deyir: "tüm insanlara nefret ediyorum." Bu fikirlər hadisələr boyu tez tez yerlərini dəyişirdilər. İnsanlara münasibətlə yanaşı həyata münasibət də dəyişir. Burdan da bu nəticəni yenidən çıxarırıq ki, heç bir xoşbəxtlik və ya bədbəxtlik daimi deyil. Heç nə əbədi deyil... Qeyd: "dark piano - sociopath"ı dinləyərək oxumağınızı, oxuduqdan sonra da "Adəm və həvva" trackini dinləməyinizi tövsiyə edirəm.
İçimizdeki ŞeytanSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2024209,1bin okunma
·
354 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
qewwehh 👌👌👌👍👍👍