Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

144 syf.
9/10 puan verdi
·
36 saatte okudu
Bu kitabın incelemesini yazmadan qabaq bundan öncə oxuduğum "
Yad
Yad
" kitabının incelenmesini niyə yazmadığımı açıqlamaq istəyirəm. Səbəbi o idi ki, ard arda yerli ədəbiyyat oxuyandan sonra yenidən xarici ədəbiyyata dönəndə kitabın adı kimi mənə yad gəldi, ortam, hadisələr filan. Kitabı elə oxumağa başladım, neçəsə saat sonra da bitdi. Birdən fərqinə vardım ki, nə alıntı yazmışam nə də inceleme yazmaq üçün ağlımda nəsə var. Normalda kitaba dair təəssüratlarımı yazmalıydım, amma absurd bir şeylər çıxırdı ortaya, vecsiz bir insanın sadəcə başına gələnlərdən ibarət idi kitab. Nobel qazandırmış və hər yerdə məşhur olan kitabın bu olduğuna şübhə etməyə başlamışdım, ta ki, Sizif haqqında mif kitabına keçənə qədər. Kitab qeyri-bədiidir. Camusun fəlsəfi düşüncələrini içerir. Ona görə ilk başlar çox çətinlik çəkdim. Bir cümləni 4-5 dəfə filan oxuyurdum. Ümumiyyətlə fəlsəfə oxuyan deyiləm, fəlsəfəyə giriş etmək üçün uyğun vaxtı gözləyirəm, hələ ki, içi dumanlı görünür və çəkinirəm. Amma yenə də ayda ildə bir dəfə bu tip kitablara nəzər yetirirəm. İlk çətin gəlir amma sonra alışırsan bu düşüncələrə. Amma gələcəkdə də geri dönəcəyimi bildiyim üçün elə də çox qalmaq istəmədim hər ayrıntıda və yenidən oxuyacağım fəlsəfi kitablar siyahısında "
Zərdüşt Belə Söyl­ədi
Zərdüşt Belə Söyl­ədi
"nin yanına yerləşdi. Anladığım qədərilə kitabı izah etməyə çalışacam. Öncə ən böyük fəlsəfi problem düşünülən - intiharlardan başlayır. Belə izah edir ki: "İntihar məlum mənada etirafla eynigüclüdür. Özünü öldürmək o deməkdir ki, artıq həyatın bitdiyini, onun anlaşılmaz olduğunu etiraf edirsən. Qısaca desək intihar edən adam "həyat - onu yaşamağa dəyməz!" deyimini etiraf edir." Sonra həyatın mənasının araşdırılmasına keçir, ardınca da deyir ki, "həyatda məna axtarışı özü mənasızdı." Beləliklə Albert Camus'un absurdizm fəlsəfəsinə giriş etmiş oluruq. Mahiyyəti də odur ki, hər şey sadəcə absurddur. Əslində bundan daha artıq mənaları var. Yəni kitab boyu izah edir bunu. Lakin fəlsəfi terminlər, tanımadıqlarım filosoflar və onların düşüncələri, bu düşüncələrin əksinə fikirlər başımı qarışdırdı, tam hissəsini dərk edə bilmədim. Sizif haqqında olan mif'i də kitabın sonuna yerləşdirib. Orda da həmin fəlsəfəylə bir daha qarşılaşmış oluruq. Bu kitabı oxuyandan sonra yenidən "
Yad
Yad
" kitabına nəzər yetirdim. Bu dəfə fərqli şeylə qarşılaşdım. Fərqinə vardım ki, sən demə o kitabı elə Camusun bu fəlsəfəsi təşkil edirmiş. Hər şey absurd, hər şey mənasız, iki kitab bir birlərini tamamlayırlar. Deməli "
Yad
Yad
" kitabını anlamaq üçün filmi səsli də izləmək lazım imiş. İndi bir az özüm fəlsəfə etmək istəyirəm:) Deməli kitabın axırlarına yaxın
Friedrich Nietzsche
Friedrich Nietzsche
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
'dən də bəhs edirdi. Və onların fikirlərindən (N: Tanrını öldürdük, D: Tanrı yoxdursa, onda mən Tanrıyam) bir düşüncə başladır və ucunu bəzi intiharlara bağlayır. Demək deyir: "Tanrı yoxdursa, İncildə deyilən əbədi həyat dünyada reallaşır." Yəni özün Tanrı olursan. (Tanrı olmaq - azad olmaq). Sonra da deyir "insanın özünü reallaşdırması üçün bu kifayət edirsə onda intihar nəyə lazımdı? Yenicə azadlıq əldə edəndən sonra niyə özünü öldürərək bu dünyanı tərk edirsən?" Çox düşüncələri kimi bu da məni çox düşündürdü və yuxarıda yazdığım səbəbdən intihar etmək istəyənlərə bir göz atın deyərdim. Qısacası sevdim Camus'u.
Sizif Haqqında Mif
Sizif Haqqında MifAlbert Camus · Qanun Nəşriyyatı · 20208,3bin okunma
·
317 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.