Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

504 syf.
8/10 puan verdi
·
12 günde okudu
Məncə,Xalid Hüseyni keçmişi yazmağı bacaran ən yaxşı yazıçılardandır.Yəqin ki,bunda əfqan olmağının bir təsiri var. Xatirə yazıçısı... Düzü mən kitabı Çərpələng uçuran qədər bəyənmədim.Onun kimi ağlatmadı məni.Bu kitabla bağlı deyil,təbii ki,şəxsi ola bilər.Bəlkə də ilk olaraq bu kitabını oxusaydım,təəssüratlarım fərqli olardı.Buna baxmayaraq kitab insanın içinə işləyir.İstər yazı tərzi olsun,istər obrazlar. "Müəllif əzizlərimizə qarşı rəftarımızı,etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik,dərinlik,uzaqgörənlik və mərhəmətlə araşdırır". Kitab 9 hissədən ibarətdir.Hər hissə müxtəlif illəri əhatə edir.Həyatlarının müəyyən hissələrində bir-birlərində iz qoymuş müxtəlif insanların hekayələrini əhatə edir.O hekayələrdə ortaq hadisələri,ortaq obrazları,ortaq xatirələri tapa bilərsiz.Məni cəlb edən ortaqlıq isə:peşmanlıq. Əsas obrazlardan tutmuş bütün obrazlarda bu duyğuya rast gəldim.Kimisi etdiklərinə,kimisi etmədiklərinə görə peşman idi.Bu peşmanlığın gətirdiyi çarəsizliyi,kədəri Əfqanıstandan Tinos adasına qədər hər yerdə yazıçı sizə hiss etdirəcək.Həqiqətən özünəməxsus üslübunu tapmış yazıçıdır.Bacı-qardaş olmaqdan,anaya sevgidən,sevdiklərinə münasibətdən bəhs edirdi bu əsər.Həyat sizə nələr yaşatmasına baxmayaraq,gərək sevgidən bərk-bərk tutasan.Etdiklərinizdən,etmədiklərinizdən və sevginizdən peşman olmayacağınız günlərin diləyi ilə...
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
·
140 görüntüleme
Eyyubova Şəbnəm okurunun profil resmi
Mən Xalid Huseynin hər kitabı oxuyanda ağlayıram. İlk min möhtəşəm güneşi oxumsam sonra cerpeleng uçuranı. Amma mənədə elə gəldik 1ci oxuduğum daha çox təsir etmişdi. Bu kitabı isə daha yeni başladım. Gözəl bir əsər olacağına ümid edirəm
Gulay okurunun profil resmi
Salam."Çərpələng uçuran" mənə çox təsir eləmişdi.Çox sevmişdim.Bəlkə də o kitabı o qədər sevmişəm ki,onun kimi bir şey gözləmişəm,bu isə fərqli olduğu üçün məni biraz məyus edib.Əslində bilmirəm,bəlkə də fərqli vaxtda,fərqli düşüncəylə oxusaydım fərqli zövqü ala bilərdim.Ama bu kitabı sevmədiyim mənasına gəlmir.Sadəcə "Çərpələng uçuran"dan daha az bəyəndim.
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.