Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
9/10 puan verdi
·
7 günde okudu
Yuxu ilə başlayıb, yuxu ilə bitən gözəl bir əsər. Mənə görə axıcı bir əsər oldu, oxuduqca oxumaq istəyirdim. Bir çoxları kimi mən də düşünürəm ki, Ağ liman" povesti Beşmərtəbəli evin altıncı mərtəbəsi(Təhminə və Zaur) romanından öncə oxunmalıdır. Əsər Nemət, onun ətrafındakı insanları və həyatlarını anlatsa da, Təhminə və Zaur haqqında da az da olsa, məlumat verir və müəyyən təəssüratlar yaradır. Əsərdə həyata qarşı məna axtarışı, monotonluğa qarşı çığırışlar, mənəvi dəyərləri sorğulama bol-bol mövcuddur. Bir çox hissədə müəllif bizi düşünməyə məcbur edir; məsələn, Təhminə və Zaurun dialoqlarında, Nemətin qarmaqarışıq fikirlərində, Nemət ilə Təhminənin telefon danışığında, Səfdər dayı və digər obrazların həyat hekayələrində. Povestin sonu Nemətin yuxusundakı ağ liman və qırmızı gəmilərlə bitir. Ağ rəngin mənası haqqında araşdırma edəndə, mənalarından birinin də xoşbəxtlik, hüzur olduğunu gördüm. Qırmızı rəng isə canlılığın, dinamizmin, həmçinin məhəbbətin rəngi kimi simvolizə edilib. Bundan əlavə, internetdə bu mövzuda axtarış edərkən Şəbnəm Kazımovanın povest haqqında təəssüratlarını yazdığı yazını gördüm. Sizinlə də paylaşmaq istəyirəm: ceylanmumoglu.com/az/news/sebnem-...
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0273 okunma
·
430 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.