Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Ümumiyyətlə, insanın azad olması məni maraqlandırmır, mən yalnız öz azadlığımı hiss edə bilərəm. Mənim azadlıq haqqında ümumi təsəvvürüm yoxdur, amma bu barədə bir neçə aydın ideyalarım vardır. Ümumiyyətlə, azadlıq probleminin mənası yoxdur, ona görə də bu, hansısa şəkildə Allah problemi ilə bağlıdır. İnsanın azad olduğunu bilmək üçün onun hər hansı ağasının olub-olmamasını bilmək kifayətdir. Bu anlayışların eyni olması onu xüsusilə absurd edir və azadlıq problemini qarşıya qoyur, eyni zamanda da onu hər cür mahiyyətdən məhrum edir. Çünki Allahın iştirakını nəzərə aldıqda, azadlıq problemindən daha çox şər problemi yaranır. Bunun alternativi məlumdur: ya biz azad deyilik, şərə görə məsuliyyəti hər şeyə qadir olan Allah daşıyır, ya da biz azadıq, hər şeyə cavabdehik və Allah hər şeyə qadir deyildir. Müxtəlif məktəblərin bütün incəlikləri bu paradoksun ciddi kəskinliyinə indiyədək heç bir şey əlavə edə bilməmişdir."
·
131 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.