Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

335 syf.
·
Puan vermedi
·
Beğendi
“Mən xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm də...” Roman XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriyaya qarşı inqilabından və həmin inqilabın iştirakçısı olan Artur Bertonun faciəli həyatından bəhs edir. “Ovod” təxəllüsü ilə tanınan gənc idealist bir müddət sonra inqilabçı Feliçe Rivaresə çevrilir. Gənc yaşında edam məhkumuna çevrilməsi oxucuda dərin təəssüf hissi oyatsa da, ölümün gözünə dik baxması ilə rəğbət qazanır. Hər kəsin “öldü” bildiyi Arturun üzləşdiyi yalanlar, hər şeyi geridə buraxıb uzaqlaşması onu həyatın ən qaranlıq dərinliyinə sürükləyir. Ovodun daxili iztirabları keşiş Montanelli ilə söhbətində üzə çıxır. Montanelli ibadət etdiyi Tanrısının qarşısında övladını seçə bilmir. Əsər ən çox bəyəndiklərim sırasındadır. Obrazların duyğularının təsviri o dərəcədə real alınıb ki, onları hiss etməmək mümkün deyil. Artur obrazını daha çox sevdim. Çünki həyatın zərbələrinə məruz qalsa belə, güclü idi. Heç bir halda zəiflik göstərməmiş Artur Cemmaya olan nakam sevgisi ilə diqqətimi çəkdi. Onun ümidləri var idi; Cemmaya gerçək Ovodu tanıtmaq, ona məhəbbətini etiraf etmək, atası Montanelli ilə hər şeyi geridə buraxıb yeni səhifə açmaq. Lakin vaxtsız ölümü bu arzuların qarşısında möhkəm divar kimi durub heç birini reallaşdırmağa imkan vermədi. Sonunu oxuyub təsirlənməmək mümkün deyil. Arturun yarımçıq qalmış hər bir istəyinin yerinə yetməsini o qədər çox istəyirdim ki... Hətta kitabın başqa hansı alternativ sonluqlarla bitəcəyini də fikirləşirdim. Bəlkə, hər şey daha yaxşı ola bilərdi. Bəlkə də, Artur Bertonun daha xoşbəxt həyatı ola bilərdi. Amma çox yaxşı başa düşürəm, heç bir sonluq əsəri oxuyarkən keçirdiyimiz hissləri yaşatmazdı. Bəlkə də elə bu idi kitabı bizlərə sevdirən...
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,825 okunma
·
166 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.