Gönderi

Deməliyəm ki, o gəncə tüfəng atmağı öyrətmişəm, o da bunun min qat əvəzini çıxmışdır. Bir çox qanlı döyüşlərdə mən Unkasla yan-yana durub düşmənlə vuruşmuşam; bir tərəfimdən onun tüfənginin, o biri tərəfimdən isə saqamorun tüfənginin səsini eşidəndə arxayın olurdum ki, arxa tərəfimdə düşmən yoxdur. Qışda və yayda, gecə və gündüz birlikdə bu düzləri gəzmişik, bir qabdan yemək yemişik, birimiz keşik çəkəndə birimiz yatmışıq. Unkasın min bir əzabla öldürülməyə aparıldığını, mənim isə bu zaman yaxınlıqda olduğumu o vaxt deyə bilərlər ki... Bu gənc dostu olmaması üzündən yalnız o vaxt məhv ola bilər ki, yer üzündə vəfa və sədaqət yox olsun...
Sayfa 288 - ŞahingözKitabı okudu
·
61 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.