·106 syf.··Beğendi
···Okunma: 19 Haziran 2021 16:38 Küçük Prens - Antoine de Saint- Exupery
(1943 6aprel)
Hər kəsin tanıdığı bu əsəri nəhayət mən də oxuma şərəfinə nail oldum
Mövzu:
Səhra Çölünə düşən bir pilotun Balaca Şəhzadə ilə qarşılaşması ilə hadisələr başlanır. O başına gələnləri bu plota danışır. Balaca Şəhzadənin öz planetindən ayrılaraq gəzib-gördüyü altı planetdəki tipik həyat şəraitlərinin müqayisəsi aparılır. B612 planetindən gəlib, bizə dünyanın əslində necə bir yer olduğunu başa salan bu kiçik dost, əminəm hər oxucuda fərqli və gözəl hislər yaratmışdır. Onun həzib öyrəndiklərindən özümüzə pay çıxarsaq əslində bu kiçik həcmli əsər bizə böyük dərs vermiş olar. Ələxsus Tülki ilə söhbəti zamanı aralarındakı dialoqlar və Balaca Şəhzadənin cixardığı dərs bizim üçün də əvəzsizdir.
Əsərdə altını xətlədiyim, ruhumun incə telinə toxunan o qədər cümlə oldu ki...
Burda hər birini qeyd edə bilməsəm də əminəm oxuyan hər kəs o cümlələrdəki məna ilə işıqlanıb.
Uşaq ədəbiyyatı hesab edilsə də bəzi ədəbiyyatşünasların fikrincə əslində burda siyasi alt mənalar var. Əsərdə Balaca Şəhzadə İsrailoğulları ilə, Tülkü Theodor Herlz ile, Küçük prensin getdiyi planetlər isə Amerika, Böyük Britaniya, Almaniya ilə bağlılıq təşkil edir.
Əlbəttə bu nə dərəcə doğrudur bilinməz. Bəlkə də müəllif sadəcə öz dünyasını qələmə almaqla kifayətlənib
Hansı ki, bəziləri üçün də bu nağıl məhz avtobioqrafiq xarakter daşıyır. Müəllifin həyatə haqqında araşdırmalarımdan sonra bu fikirlə mən də razıyam. Əsəri yazmağa başlaması, sevdiyi qadınla münasibəti, dövründəki problemlər, öz daxili axtarışından, pilotluq fəaliyyətindəki qəzaya qədər hər şeyi bu əsərdə oxuyuruq.
Müəllif “Aclıq çəkənlərdən uzaqda qala bilmərəm”, − deyir ABŞ-ı tərk edir və orduya qoşulur. 1998-ci ildə − pilotun itkin düşməyindən 45 il sonra − bir balıqçı Marsel sahillərinin birində üzərində “Antuan” və “Konsuelo” adları işlənmiş qolbağı tapır. Beş il sonra isə Aralıq dənizində Sent-Eksin son səfərinə çıxdığı təyyarənin qalıqları tapılır.
Müəllifin həyatı və əsərin təsirindən əsla çıxa bilmədiyim, gözlərim dolaraq ürəyimdə o hüznü hiss edərək oxuduğum bu əsəri hərkəsə tövsiyə edirəm.