Gönderi

131 syf.
9/10 puan verdi
·
Read in 20 days
Ahh Hugo, necə deyərlər ürəyimi üzdün... Öncəliklə, yazarın ustalığına heyran olmamaq əldə deyil;yazı tərzi, hər xırda detalı ustalıqla təsvir etməsi mənə Gogolu xatırlatdı. Çox bəyənərək və ürək ağrısıyla oxudum. İnsanların bir insanın faciəsinə laqeydliyi məni ilk dəfə Dostoyevskinin İdiot əsərində heyrətləndirmişdi, bir də indi. Gözlərinin önündə bir həyatın sona yetməsini necə sirk tamaşası kimi izləmək olar axı? Belə insanların var ola bilməsi düşüncəsi belə məni dəhşətə gətirir. Ki, Hügonuda dəhşətə gətirib məncə, yoxsa belə gerçəkci və inandırıcı yaza bilməzdi. Mənə bircə qaranlıq qalan əsərdə məhkumun ölüm səbəbi idi, hansı cinayəti və niyə törətmişdi axı ki edama məhkum olmuşdu? Əsərdə bir də diqqətimi çəkən yazarın edam nümunələri oldu. Məncə yazar da tərəddüd edirmiş, edam olmalıdı, ya yox. Çünki bəzi nümunələrdə ölüm cəzası çox haqsız yerə təyin olunub, bəzilərində isə ona bu da azdı deyirsən. Hər iki cür nümunəni bildirmiş olması ilə yazıçı qərarı tamamilə oxucuya buraxıb, amma özünün təsirləndiyi çox açıqdır, ya da inandırıcıdır. Detallara girib də oxumayanlarçün marağı itirmək istəmirəm, xoş mütaliələr.
Bir İdam Mahkûmunun Son Günü
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2023122.1k okunma
··
94 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.