Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

365 syf.
9/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Əsər Səlcuqlu sultanı Məlikşahın dövlət adamlarına bir siyasətnamə yazmaları əmrini verməsi nəticəsində ərsəyə gəlmişdir. Digər adı "Siyasətül-müluk"dur. Əsər dövlət idarəsinə dair nəsihətlərdən, müxtəlif dövrlərə aid hekayətlərdən, hədislərdən, batinilərlə əlaqələr tarixi məlumatlardan ibarətdir. Əsərdəki bütün hekayə və hədislərin doğruluğuna şübhə ilə baxılsa da, mətnlər mövzunun məğzinə tamamilə uyğunlaşdırıb. Kitab 1092-ci ildə Nizamülmülk Bağdada yola düşməzdən əvvəl tamamlanıb. Müəllifin əsərin sonunda göstərdiyinə görə, bu kitab müqəddimə xarakteri daşıyır və silsilənin I cildi imiş. Lakin Nizamülmülkün Bağdadda qətlə yetirilməsi əsərin davamının yazılmasına mane olur. Maraqlı, biliklərlə zəngin bir kitab idi. Kitabı oxuduğumuz zaman Sasani, Ərəb, Qəznəvi, Səlcuqlu dövlət quruluşu ilə tanış oluruq. Bundan əlavə, tarixdəki müxtəlif üsyanlar haqqında da maraqlı məlumatlar almaq mümkündür.
Siyasetname
SiyasetnameNizamülmülk · Türkiye İş Bankası Kültür Yayınları · 20183,486 okunma
·
450 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.